Taliban gey kişinin cəsədini parçalara ayırıb
Taliban 'geylərə nə etdiklərini göstərmək' üçün əfqan kişinin cəsədini parçalara ayırıb
25/Aug/21
1807
Taliban 'geylərə nə etdiklərini göstərmək' üçün əfqan kişinin cəsədini parçalara ayırıb
Əfqanıstandan olan gey kişi Talibanın boyfrendini necə öldürdüyünü və "geylərə nə etdiklərini göstərmək üçün bədənini parçalara ayırdığını" izah edib.
Kimliyini qorumaq üçün Qabir təxəllüsünü istifadə edən 26 yaşlı kişi avqustun 15-də Əfqanıstanın paytaxtı Kabil Taliban tərəfindən ələ keçirildikləri zaman boyfrendi ilə birlikdə bir restoranda oturduqlarını söyləyib.
İkisi də öz evlərinə qayıdıb və qısa müddət sonra Qabir telefon siqnalı və internet əlaqəsi kəsildiyi üçün partnyoru ilə əlaqə saxlaya bilməyib.
"Saat 5, ya da 6-da qardaşım mənə bir hadisə baş verdiyini və dostlarıma xəbər verməli olduğumu söylədi. Dostlarıma zəng etdikdə hər kəsin telefonu bağlı idi," - o deyib.
Təəssüf ki, Qabir nəhayət bir dostundan 24 yaşında olan sevgilisinin Taliban tərəfindən izlənildiyini və öldürüldüyünü öyrənib.
"İki maşın gəldi, içində də Taliban", - o deyib.
"Onlar 'evi haradadır?' deyiblər və onu çox döyüblər. Onu heç kimin bilmədiyini yerə aparıblar və sonra öldürüblər.”
"Daha sonra onlar cəsədi [geri] gətirdiklərini və insanlara geylərə nə etdiklərini göstəmək üçün bədənini parçaladıqlarını söylədilər."
Powered by Froala Editor