Blogger Sevinc Hüseynova transları ölümlə hədələyib
Bu ilin iyul ayında LGBTİ+ icmasına qarşı kəskin transfobik və homofobik videomüraciət edən, icmanın cəmiyyətdən və ictimai yerlərdən təcrid edilməsini tələb edən blogger Sevinc Hüseynova bu gün, avqustun 25-i oxşar bəyanatla yenidən çıxış edib
26/Aug/21
6917
Blogger Sevinc Hüseynova transları ölümlə hədələyib
Bu ilin iyul ayında LGBTİ+ icmasına qarşı kəskin transfobik və homofobik videomüraciət edən, icmanın cəmiyyətdən və ictimai yerlərdən təcrid edilməsini tələb edən blogger Sevinc Hüseynova bu gün, avqustun 25-i oxşar bəyanatla yenidən çıxış edib.
O, öz Instagram səhifəsində trans icmaya növbəti dəfə müraciət edib. Bir neçə gün əvvəl bir trans qadının meşədə yandırılaraq qətlə yetirilməsinə münasibət bildirən Sevinc Hüseynova günahı qətl edilən qadında görərək: “Demək ki, narahat etmisiniz cəmiyyəti ki, bir trans artıq qətlə yetirilib” - deyə bildirib.
Bundan əlavə, blogger transları ölümlə hədələyib. O deyib: “Ağıllı olun və bundan sonra sadəcə sakit yaşamağa çalışın, yoxsa hələ çox transları qətlə yetirəcəklər! Çünki qeyrətli oğullarımız var bu ölkədə, hansı ki, imkan verməz anasının, bacısının, ailəsinin və uşaqlarının önündə min hoqqa verəsiniz!”
Qeyd edək ki, Sevinc Hüseynovanın daha əvvəlki fobik çıxışından sonra 8 nəfər trans Bakı şəhəri 17-ci polis bölməsinə gələrək, ondan şikayət edib və şərəf və ləyaqətlərinin alçaldılması ilə əlaqədar aidiyyatı qurumların məsələyə hüquqi qiymət verməsini, bloggerə qarşı qanuni tədbirlər görülməsini tələb ediblər.
Ardınca dünən, avqustun 24-ü axşam saatlarında trans qadının qətlinə etiraz edən icma üzvləri Sevinc Hüseynovanın fobik çağırışlarına təkrar diqqət çəkiblər və bu cür çağırışların qətllərə yol açdığını bəyan ediblər.
Powered by Froala Editor