Qana LGBTİ+ləri kriminallaşdırır
Qana LGBTİ+ləri kriminallaşdıran qanun layihəsini müzakirə edir
26/Aug/21
1550
Qana LGBTİ+ləri kriminallaşdıran qanun layihəsini müzakirə edir
Qanada gündəm LGBTİ+ləri kriminallaşdıran qanun layihəsidir. Birləşmiş Millətlər Təşkilatı qanun layihəsinin insan hüquqlarının pozuntusu olduğunu bildirib.
İyun ayında 8 millət vəkili tərəfindən Qana Parlamentinə təqdim edilən qanun layihəsi LGBTİ+ləri kriminallaşdıracaq maddələri ehtiva edir.
“Uyğun İnsan Seksual Hüquqlarının və Qanalı Ailə Dəyərlərinin Təşviqi” adlı qanun layihəsi LGBTİ+ hüquqlarının təbliğatını və LGBTİ+lərin həyatlarını Qanada cinayət kimi xarakterizə edir.
AfricaFeeds xəbərlərində deyilir ki, qanun layihəsi qüvvəyə minərsə, “eyni genderdən olan insanlarla cinsi əlaqədə olan hər kəs cərimələnəcək və ya həbs ediləcək və bu cəza lezbian, gay, trans, kuir, panseksual, qeyri-binar kimi konstitusiyaya zidd olduğu iddia edilən hər hansı seksual oriyentasiyaya və ya gender kimliyinə sahib hər kəsi" əhatə edəcək.
Qanun layihəsi LGBTİ+ hüquq müdafiəçilərini həbs etməyi də təklif edir.
Powered by Froala Editor