Gay Games oyunları təhdid altındadır
Çinin homofobik siyasətçiləri Hong Kong Gay Games oyunlarını təhdid edib
31/Aug/21
2100
Çinin homofobik siyasətçiləri Hong Kong Gay Games oyunlarını təhdid edib
11-19 noyabr 2022-ci il tarixlərində Hong Kongda keçirilməsi planlaşdırılan 11-ci Gay Games çinli millət vəkillərinin homofobik açıqlamaları səbəbiylə təhlükə altındadır.
The Washington Post qəzetindən Thodora Yu xüsusi bir reportajında Pekin tərəfdarı olan millət vəkili Junius Ho Gay Games oyunlarını təhlükəsizlik qanunlarını poza biləcək "utanc verici" və "qoyun paltarında qurd" olaraq xarakterizə edib.
Yu xəbərdə başqa bir millət vəkili Priscilla Leungun homoseksuallığın "dözülə biləcəyini", lakin təşviq edilə bilməyəcəyini, həmçinin Hong Kong hökumətinin Pekinin homofob ritorikasını qəbul etməyəciyi cavabını da əlavə edib.
Çinin Gay Games oyunlarına qarşı bu homofobik müdaxiləsi, may ayında Çin Xalq Konqresi Hong Kong muxtar bölgəsində "separatçı, hökuməti devirməyə yönəlmiş hərəkətlər, terrorizm və xarici müdaxiləyə" qarşı tədbirləri ehtiva edən milli təhlükəsizlik qanununu qəbul etməsi ilə mümkün olub.
İlk dəfə bir Asiya ölkəsində keçirilməsi planlaşdırılan Gam Games oyunlarının əvvəlki ev sahibi 2018-ci ildə Paris olub.
Powered by Froala Editor