Gender Resurs Mərkəzi “Menstruasiya kitabı”nı təqdim edib
Gender Resurs Mərkəzi bu ilin əvvəlindən Y-Peer Azerbaijan ilə birlikdə üzərində işlədiyi "Menstruasiya: bilməli olduqlarımız" kitabını çap edib
01/Sep/21
2716
Gender Resurs Mərkəzi
“Menstruasiya kitabı”nı təqdim edib
Gender Resurs Mərkəzi bu ilin əvvəlindən Y-Peer Azerbaijan ilə birlikdə üzərində işlədiyi "Menstruasiya: bilməli olduqlarımız" kitabını çap edib. Mərkəz cinsi və reproduktiv sağlamlıq və hüquqlarla bağlı yeniyetmə və gənclərə əlçatımlı olan resursların məhdudluğunu nəzərə alaraq, kitabın daha çox icmalara və fərdlərə çatmasını təmin etmək istədiyini bildirib.
Kitabın mətni Sevinc Səmədzadə və Səadət Abdullazadə tərəfindən yazılıb. Kitabın redaktoru Aynur Zərrintac, illüstrasiyaların müəllifi isə Müjgan Abulzadədir.
Kitabın təqdimatı 31 avqust saat 18:00-da Gender Resurs Mərkəzinin ofisində baş tutub.
“Menstruasiya kitabı”nı pulsuz şəkildə mərkəzin ofisindən və ya veb saytından əldə etmək mümkündür.
Gender Resurs Mərkəzi kuir-feminist platforma olub, Azərbaycanda müxtəlif gender kimlikli və cinsi oriyentasiyalı şəxslər üçün təhlükəsiz məkan və resurs çatışmazlığı probleminə cavab olaraq təsis edilib.
Powered by Froala Editor