Nəfəs LGBTİ: Həbslər "LGBTİ+ ovu" kimi tanınır
Nəfəs LGBTİ Azərbaycan Alyansı aparacağı vəkillik kampaniyasının proqramını təqdim edib.
01/Sep/21
2440
Nəfəs LGBTİ Azərbaycan Alyansı: Vəkillik kampaniyası
Nəfəs LGBTİ Azərbaycan Alyansı aparacağı vəkillik kampaniyasının proqramını təqdim edib.
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2021-ci il üçün vəkillik kampaniyası planlayıb. LGBTİ+ hüquq təşkilatı bu il LGBTİ+ və qadın* hüquqlarına fokuslanaraq, 2017-ci ilin "LGBTİ+ ovu" və Avropa İnsan Hüquqları Məhkəməsinin gözlənilən qərarı haqqında vəkillik proqramı hazırlayıb. Proqramı və Nəfəs LGBTİ Azərbaycan Alyansının Minority Azərbaycana söylədiklərini olduğu kimi təqdim edirik.
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər Azərbaycanda LGBTİ+lərin hüquqlarının müdafiəsini, sosial inklüzivliyini təmin etmək üçün vəkillik edir. Nəfəs ölkədə LGBTİ+ icması ilə və onun üçün çalışan və fəaliyyətini davamlı şəkildə qoruyan LGBTİ+ hüquq müdafiəsi təşkilatıdır. 2017-ci ildə Azərbaycan polisi gey və ya biseksual olduğu güman edilən kişiləri və eyni zamanda, trans* qadınları həbs edib və işgəncə tətbiq etdiyi zorakı kampaniya həyata keçirib. Kampaniya son illərdə səlahiyyətlilər tərəfindən bu qəbildə həyata keçirilən ilk ən böyük ov olduğu üçün icma arasında "LGBTİ+ ovu" kimi tanınıb.
2017-ci ilin sentyabr ayının ortalarında digər gey kişilər və trans* qadınlar haqqında rüşvət və informasiya almaq üçün onlarla LGBTİ+i şübhəli ittihamlarla, döyülərək və bəzilərinə elektroşok tətbiq edilərək polis tərəfindən saxlanılıb. Human Rights Watch: "Hökumət səlahiyyətliləri təzyiqləri rədd etməmiş və əksinə, saxta əxlaq və ictimai saxlamlıq səbəbləri ilə haqq qazandırmağa çalışıb," - deyib.
Nəfəs LGBTİ Azərbaycan Alyansı olaraq sentyabr hadisələri ilə əlaqəli faktları toplamağa çalışdıq. Strateji məhkəmə komandasını dəstəkləmək üçün Nəfəs müraciətçilərin ifadələrini və vəkillərin müşahidələrini toplayıb. Müraciətçilərin ifadələrinə görə, hamısının pis rəftara məruz qaldığı iddia edilib. Saxlanılma əsnasında onlar polis məmurlarının bilərəkdən "xanım [müraciətçinin ölü adı]", "makiyaj etmə", "davam et, xanım" tipli ifadələrlə kimliklərinə yönəlik alçaldıcı dil istifadəsini iddia ediblər. İddialara görə, 'barmaqlarını anal dəliklərinə soxmağa və dəlik içində oynatmağa' məcbur ediliblər. İfadələrə əsasən, bunlar zərərçəkmişlərə təhlükəsizlik tədbirləri səbəbilə elətdirilib. Polis məmurları bunu edərkən üzlərində gülüşlə müraciətçilərdən bunu özlərinə etməkdən həzz alıb-almadıqlarını soruşub. Müraciətçilər polis məmurlarının onları bir-biriləri ilə 'oral həzz' olaraq adlandırdıqları seksual münasibətə girməyə və ya polis məmurları ilə oral seks etməyə məcbur etdiklərini iddia edilib.
İddialara görə, Nafas LGBTİ alyansına ifadələr verən zərərçəkmişlər ittihamnamə imzalamağa məcbur olublar. İmzalamaqdan imtina edənlər izmalayana qədər döyülüblər. Müraciət edənlərdən biri elektroşoka məruz qalıb. Bundan əlavə, polis əməkdaşları məntəqədə LGBTİ+ olmayan məhbusları LGBTİ+ məhbuslarının saçlarını qırxmağa məcbur ediblər. Ərizəçilərin iddialarına görə, polis əməkdaşları prosesə nəzarət edərkən "sən qadın deyilsən, kişisən" kimi ifadələrdən istifadə ediblər. Vəkillərin dediklərinə görə, dinləmələrə gətiriləndə trans* qadınların çoxunun başları qırxılmışdı; 'bədbəxt və kədərli' görünürdülər.
Vəkillərin dediklərinə əsasən, bütün işlərdə Apellyasiya Məhkəməsi hakimləri heç bir əsas vermədən polis əməkdaşları tərəfindən işgəncə və digər pis rəftar iddialarının araşdırılmasını tələb edən vəsatəti rədd ediblər. Dinləmələr orta hesabla 10 dəqiqə davam edib. Vəkillər hakimlərin seksual oriyentasiyalarını və gender kimliklərini hədəf alaraq, saxlanılan LGBTİ+lərə qarşı stereotipik və aşağılayıcı ifadələr işlətdiklərini də söyləyiblər. "Əsl kişisən?" və ya "Başqa istəkləriniz də var?" kimi suallar hakimlər tərəfindən soruşulub.
Hadisələr yerli və beynəlxalq ictimaiyyətin diqqətini çəkib və Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili, Avropa Şurası Parlament Assambleyası və BMT-nin Xüsusi Məruzəçiləri tərəfindən qınanılıb. Apellyasiya Məhkəməsinin iclaslarında ABŞ və Niderlandın Bakıdakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Azərbaycan Avropa Şurasına üzvlüyün ilkin şərti olaraq 2000-ci ildə iki kişi arasında eynicinsli cinsi aktları dekriminallaşdırıb. Ancaq rəsmi olaraq qeydiyyatdan keçmiş LGBTİ+ qrupları və kuir icmaların qorunmasını təmin edən qanunvericilik yoxdur.
HRW hesabatına əsasən, hökumətin onu tənqid edənləri həbsə atmaq və ya cəzalandırmaq üçün saxta ittihamlardan istifadə etməsi məsələsində də uzun keçmişi var. Hətta bəzi vəziyyətlərdə saxlanılanlar fiziki zorakılığa məruz qalıb.
O vaxtdan bəri hökumət tərəfindən hər hansı bir tədbir görülmədiyindən, Azərbaycanda LGBTİ+ icması hələ də cəmiyyət və qurumların pis rəftarından əziyyət çəkir və ölkədə ayrı-seçkiliyin səviyyəsi epidemik olaraq qalır. Təkcə bu ilin may və iyun aylarında Nəfəs LGBTİ+ icmasına qarşı 10-a yaxın hücum qeydə alıb. Beynəlxalq insan hüquqları təşkilatları olan İLGA-Avropa, Norveç Helsinki Komitəsi, Vətəndaş Hüquqları Müdafiəçiləri (CRD) və RFSL birgə bəyənat yayaraq, hücumların hökumət tərəfindən ədalətli şəkildə araşdırılmasını tələb etmişlər.
Biz hesab edirik ki, hökumət hücumlara və həbslərə haqq qazandırmaq əvəzinə, LGBTİ+ləri ayrı-seçkilikdən qorumaq üçün lazımi addımları atmalıdır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Hussein Birləşmiş Millətlər Təşkilatında keçirilən yüksək səviyyəli bir tədbirdə dediyi kimi: "Əgər ictimai rəy LGBTİ insanlara qarşı düşmənçilik edirsə, bu, hökumətlərin onları qorumaq üçün hərəkət etməsini daha təcili edir."
Powered by Froala Editor