Homofob öz atasını bıçaqlayıb
Homofob ‘öz atasını eynicinsli münasibətdə olduğu üçün bıçaqlayıb’
14/Sep/21
1905
Homofob ‘öz atasını eynicinsli münasibətdə olduğu üçün bıçaqlayıb’
Hindistanın Uttar Prateş vilayətində bir kişi atasını eynicinsli münasibətdə olduğu üçün ölümcül bıçaqlaması iddiası ilə həbs edilib.
İndia Today məlumat verib ki, səlahiyyətlilər tərəfindən kimliyi Reşpal kimi müəyyən edilən ata Muzaffarnagar ərazisində Xatuaulidə avqust ayının 18-də şəkər qamışı sahəsində ölü tapılıb.
Zərərçəkmişin oğlu Sumit Kumar daha sonra saxlanılıb və atasını başqa kişiyə aşiq olması səbəbi ilə öldürdüyünü polisə etiraf edib.
The Times of İndia xəbər verib ki, o, bazar günü sentyabrın 12-də hüquq-mühafizə orqanlarına atasının bu hərəkətinin ailənin reputasiyasına ləkə gətirdiyini deyib.
Əvvəlcə Kumar ölümdə onlara qarşı şikayət etməklə digər üç nəfərin üstünə atmağa nail olmaq istəyib. Polisə onların Reşpalı öldürmək üçün əlbir olduğunu deyib. Bu ssenarinin tezliklə təhqiqatçılar tərəfindən üstü açılıb.
Xəfiyyələr Kumarı dindirdikdən sonra o, atasını başqa kişi ilə münasibətdə olduğu üçün öldürdüyü iddia edib.
Powered by Froala Editor