Feminist/Kuir şeir və meditasiya gecəsi keçiriləcək
Oktyabrın 2-si feminist/kuir şeir və meditasiya gecəsi təşkil olunacaq
15/Sep/21
3089
Feminist/Kuir şeir və meditasiya gecəsi keçiriləcək
Oktyabrın 2-si feminist/kuir şeir və meditasiya gecəsi təşkil olunacaq. Bu gecə Şərqlə Qərbin, spirituallıqla reallığın, şeirlə musiqinin, rəqslə sükutun qovuşduğu gecə olacaq.
Tədbirin ilk hissəsində hər bir kəsin seçdiyi feminist/kuir şeirlər oxunub müzakirə ediləcək. Daha sonra isə musiqi müşayiətində sufi dönmələri (sufi whirling) vasitəsilə meditasiya baş tutacaq.
Tədbirin təşkilatçısı Nisə Hacıyeva Minority Azerbaijan-a bunları deyib: “Son dövrlərdə müxtəlif bloggerlər tərəfindən həm feministlərə, həm də kuir icmasına böyük təzyiqlər var. Məncə, hər kəs çox yorulub və bu təzyiq və nifrət nitqindən istirahət etmək, meditasiya və sülhlə rahatlaşmaq lazımdır.”
Nisə Hacıyevanın sözlərinə görə, şərq mədəniyyətində kuir mövzusu həmişə mövcud olsa da, bizim cəmiyyətdə bu, az müzakirə olunub. Odur ki, tədbirdə bu mövzuya da geniş yer ayrılacaq.
Tədbirin 2 oktyabr tarixində saat 19.00-da başlaması və 4 saat müddətində davam etməsi nəzərdə tutulur. Tədbirdə iştirak etmək üçün bu linkə klikləyərək qeydiyyatdan keçmək lazımdır. Məkanın ölçüsünü nəzərə alaraq, yalnız 15 nəfər iştirakçı seçiləcək.
Tədbirin məkanı və ünvanı seçiləcək iştirakçılara email vasitəsilə göndəriləcək.
Powered by Froala Editor