Macarıstan: LGBTİ+lər 18+ film reytinqi ilə eyniləşib
Macarıstan LGBTİ+ləri 18+ yeni film reytinqi ilə Mişar (Saw) kimi qanlı qorxu filmləri ilə eyni səviyyəyə gətirib
16/Sep/21
2333
Macarıstan LGBTİ+ləri 18+ yeni film reytinqi ilə Mişar (Saw) kimi qanlı qorxu filmləri ilə eyni səviyyəyə gətirib
Macarıstan LGBTİ+ təmsilçiliyini Saw və ya The Exorcist kimi qorxu filmlərindəki məmzunla bərabərləşdirən şok edici film reytinqlərini yayınlayıb.
Yayınçılar üçün yeni təlimatlar Macarıstanın media tənzimləyicisi Milli Media və İnfokommunikasiya Qurumu (NMHH) tərəfindən 15 sentyabr çərşənbə günü yayınlanıb.
NMHH-nin "fəzilətlər, homoseksuallığın faydalarının bənzərliyi və ya gender dəyişikliyi" olaraq adlandırdığı filmləri azyaşlıları "qorumaq" üçün 18+ məhdudiyyətinə aid edib.
Bu, Oskar mükafatlı ispaniyalı rejissor Pedro Almodovarın Anam haqqında hər şey (All About My Mother) və ya L sözü (The L Word) serialını Mişar (Saw) serialı və ya The Exorcist kimi qanlı qorxu filmləri ilə eyni səviyyəyə gətirib.
“Azyaşlıların qorunması müəyyən mövzuların tabu olduğu mənasına gəlməz. Əksinə, azyaşlıların yaşına uyğun intelektual və əmək bacarıqları ilə əlaqəli olaraq bütün konteksti və ismarıcı dəyərləndirir,” - tənzimləyici deyib.
Onlar yeni dərəcələndirmələrin LGBTİ+ mediasına qarşı açıq bir qadağanı ifadə etmədiyini, sadəcə kuirliyin müəyyənedici bir xüsusiyyət olduğu filmlərə istiqamətlənmiş bir məhdudiyyəti təmsil etdiyini iddia ediblər.
Təlimatlarda: "Yanaqdan öpmək, qucaqlaşmaq, gəzərkən əl-ələ tutmaq və ya öpüşmək kimi həssaslığı ifadə edən ümumi jestlər özləri üçün təsvir edilmədikcə və ya proqramın mərkəzi elementini təşkil etmədikcə problemlə qəbul edilə bilməz," - deyilib.
Yeni siyasət LGBTİ+lərin məktəblərdə, reklamlarda və mediada hər hansı bir şəkildə müzakirə edilməsini qadağan edən 18 yaşdan kiçik uşaqlara homoseksuallığın təsvir və təşviq edilməsinə istiqamətlənmiş qadağadan sonra irəli sürülüb.
Powered by Froala Editor