Laurel Hubbard "ilin qadın idmançısı" seçilib
Trans Olimpiya ağır atleti Laurel Hubbard "ilin qadın idmançısı" seçilib
04/Oct/21
2191
Trans Olimpiya ağır atleti Laurel Hubbard "ilin qadın idmançısı" seçilib
Trans Olimpiya ağır atleti Laurel Hubbard Yeni Zelandiyanın Otaqo Universiteti tərəfindən "ilin qadın idmançısı" seçilib.
Universitetin idman uğurlarını qeyd edən Blues mükafatları 1908-ci ildən etibarən keçirilir, lakin Otago Daily Timesa görə, Hubbard tarixin ilk trans qalibi olub.
Avqust ayında Olimpiadada yarışan ilk trans qadın olaraq tarix yazan ağır atlet "Otago Universitetinin müəllim heyəti və tələbələrindən aldığı bütün dəstəyə və xeyirxahlığa görə minnətdar olduğunu" söyləyib.
O, əlavə edib: "Dostların, ailənin və tərəfdarların həvəsləndirməsi və arohası (red: yerli dildə sevgi deməkdir) olmadan idmançıların Olimpiya səviyyəsində çıxış etməsi mümkün deyil. Bu mükafat mənim Olimpiya səyahətimin bir hissəsi olan hər kəsə aiddir."
Powered by Froala Editor