Rusiya LGBTİ+ləri "ekstremist" kimi tanımağı təklif edib
Rusiya rəsmi olaraq LGBTİ+ qruplarını və furriləri [insan xüsusiyyətlərinə malik antropomorf heyvanların obrazlarını sevənlərin hərəkatı] "ekstremistlər" olaraq tanımağı təklif edib
04/Oct/21
1864
Rusiya LGBTİ+ qruplarını
"ekstremist" kimi tanımağı təklif edib
Rusiya rəsmi olaraq LGBTİ+ qruplarını və furriləri [insan xüsusiyyətlərinə malik antropomorf heyvanların obrazlarını sevənlərin hərəkatı] "ekstremistlər" olaraq tanımağı təklif edib.
Nüfuzlu hökumət xadimi Rusiyadakı LGBTİ+ qruplarının "ekstremist" təşkilatlar olaraq təyin edilməli olduğunu söyləyib.
Moscow Times qəzetinin məlumatına görə, Rusiyanın dövlət xəbər agentliyi TASS Roskomnadzor rabitə tənzimləyicisinin uşaqların müdafiəsi komissiyasının sədri Andrey Tsyganovun çərşənbə günü 29 sentyabr şərh etdiyini yazıb.
O, LGBTİ+, radikal feminist və childfree - dünyaya uşaq gətirməməyi seçən qrupların hamısının "ekstremist ideologiyalara" sahib olduqlarını tanınmalı olduğunu söyləyib. Qəribədir ki, o, siyahıya furriləri də əlavə edib.
TASS Tsyanovdan sitat gətirib: "LGBT+ ideologiyası, radikal feminizm, bütün bu furrilər, child-free olanlar, təbii ki, onlar ən azından ekstremizm, ekstremist ideologiya kimi tanınmalıdır."
O, qrupları "ekstremist" kimi tanımağın "hüquq-mühafizə orqanlarının hüquqlarını genişləndirəcəyini" və kommunikasiya tənzimləyicisinin və "hüquq -mühafizə orqanlarımızın əllərini açacağını" əlavə edib.
Tsyganov qrupların "ekstremist" adlandırmağın məqsədinin Rusiyadakı uşaqları və yeniyetmələri sosial mediada zərərli məzmunlardan qorumaq olduğunu israr edib.
Powered by Froala Editor