Trans kişi Yaponiyanın qəddar, arxaik gender qanunlarını tarixi hüquqi addımla mübahisələndirib

Yaponiyalı trans kişi Gen Suzuki əməliyyat və sterilizasiya olunmadan hüquqi şəkildə genderinin dəyişdirilməsi üçün Yaponiya məhkəməsinə müraciət edib. 

Mainichi xəbər verir ki, 46 yaşlı Suzuki bazar ertəsi günü oktyabrın 4-də ailə qeydiyyatını öz gender kimliyi ilə dəyişdirmək üçün Shizuoka Ailə Məhkəməsinin Hamamatsu şöbəsinə müraciət edib. 

Hazırda Yaponiya qanunları translardan hüquqi şəkildə genderlərini dəyişdirməzdən əvvəl sterilizasiyadan keçməyi tələb edir. Mainichi portalının verdiyi xəbərə görə, Yaponiyada gender və ailə münasibətləri də daxil olmaqla fərdlər haqqında informasiyanı siyahıya alan ailə qeydiyyatına edilən istənilən dəyişiklik ailə məhkəmələrindən icazə tələb edir. 

Tələbnaməsini göndərdikdən sonra Suzuki öz qadın partnyoru ilə birlikdə mətbuat konfransı keçirərək, evlənmək niyyətində olduqlarını açıqlayıb. O, ailə qeydiyyatlarındakı genderlərini dəyşmədən “transların Yaponiyada evlilik bərabərliyindən istifadə edə bilməmələrini cəfəngiyyat” kimi gördüyünü deyib. 



Powered by Froala Editor