Kuir İncəsənət Festivalı Bakı 2021 artıq iştirak üçün açıqdır

İŞTİRAK ÜÇÜN AÇIQ ELAN: Kuir İncəsənət Festivalı Bakı 2021 Nəfəs LGBTİ Azərbaycan Alyansının təşkilatçılığı ilə ikinci incəsənət festivalını açıq elan edir və yerli vizual sənətkarları öz yaradıcı şəhər hekayələri ilə yarışmada iştirak etməyə dəvət edir.

Nəfəs LGBTİ Azərbaycan Alyansı ikinci Kuir İncəsənət Festivalı Bakı 2021 müsabiqəsinin rəsmi olaraq ilk mərhələsinə başladığını elan etməkdən məmnunluq duyur. Bu ilin giriş mövzusu "Kuir Şəhər Hekayələridir"-dir.

Bakının LGBTİ+lər və qadınların yaşaması üçün ən təhlükəsiz şəhər olmadığı hamımıza məlumdur və şəhər planlamasındakı əskikliklər bu problemləri günü-gündən bir az da büruzə verir. Bakıda şəhərsalma və infrastruktur nə icma, nə də qadınlar üçün kifayət qədər inklüziv deyil. Bakı küçələri bir çox nifrət cinayətləri, istismar, təhqir və zorakılığın şahidi olub və bütün bunlarda şəhər planlamasının “kişilər tərəfindən” hazırlanmasında böyük rolu var. Bakını ələ alıb şəhərin urban problemləri haqqında düşündükdə hələ sadalanası daha çox nüanslar var - ictimai tualetlar, nəqliyyat, küçə işıqlandırması kimi şəhərimizin əsas elementləri qadınlar və marjinal icmaları nəzərə alaraq dizayn olunmayıb. Gender və şəhərsalma mövzusunun necə bir-birilə əlaqəli olduğuna dair və şəhərlərdə kuir icma olaraq qarşılaşdığımız digər çətinliklərlə bağlı daha çox məlumat əldə etmək üçün "LGBTİ+lər, Qadınlar və Şəhər" adlı podkastımızı dinləyə bilərsiniz.

Aşağıdakı istiqamətlərdən ən az birini əhatə edərək Bakının inklüzivlik problemlərini araşdırmaq üçün sənətkarları feminist bir obyektiv tutaraq öz vizual hekayələrini paylaşaraq festivalda iştirak etməyə dəvət edirik:

●      HAMI üçün Bakı - bəs necə?

Bakını necə görmək istəyərdik (kuir və qadın inklüzivliyi baxımından)?

●      HAMI üçün Bakı - bəs niyə?

Niyə qadın və LGBTİ+lər üçün inklüziv şəhər planlaması vacibdir?

●      HƏR YERDƏ patriarxat - dağıtmaq vaxtıdır!

Şəhər quruculuğunda patriarxal izlərin araşdırılması və neytrallaşdırılması yolları.

●      Kuir Məkanlar: hamı üçün təhlükəsiz Bakı

Böyük şəhərlərdə icma üçün təhlükəsiz urban məkanların əhəmiyyəti.

●        Feminist Bakı

Yaşayış yerimizlə Gender arasındakı əlaqəni araşdırmaq.

●      Kuirlər şəhərimizi formalaşdırır.

LGBTİ+lər üçün daha inklüziv və təhlükəsiz şəhərlərin formalaşdırılması yollarının araşdırılması.

Müsabiqə bir turda baş tutacaq. Müraciət üçün son tarix 12 Noyabr 2021-ci ildir. Sənətçilər müsabiqədə iştirak edəcək əsərlərini / hekayələrini [email protected] elektron poçtuna göndərməlidir və yalnız bütün əl işləri toplandıqdan sonra onları festivalın İnstaqram hesabında (@queerartfest) yayımlayacağıq. Nəşr olunduqdan sonra əsərlər @queerartfest-də 2 həftə ərzində ictimai səsvermə üçün açıq olacaq. Səsvermə yekunlaşdırıldıqdan və bütün əl işləri qiymətləndirildikdən sonra ilk 3 finalçı simvolik miqdarda pul mükafatı qazanacaq.

Tələblər:

- Vizual təbiətli sənətçiləri yuxarıda göstərilən mövzu ilə əlaqədar və uyuşan boyama rəsmləri, qrafikalar, printlər, kollajlar, fotoşəkillər (dijital və ya plyonka ola bilər), qısa video instalyasiyalar, əl işləri, illüstrasiyalar və dijital əsərlər sərgiləməyə dəvət edirik. 

- Hər bir sənətçi 1-3 arası əsər təqdim edə bilər (bir səhifəlik iş və ya qısa qrafik hekayələr). Birdən artıq əsərlə müraciət etdikdə hər bir işin digərlərindən sərbəst və müstəqil qrafik hekayəsi olmalıdır. Hər işin ayrı-ayrılıqda maksimum 150 sözdən ibarət qısa bir yazılı təsviri olmalıdır.

- Təqdim olunan işlərin sosial mediada paylaşıla bilən ölçü və formada olması vacibdir.

- İşlər qara-ağ və ya rəngli formatda ola bilər və sərginin mövzusu ilə ciddi şəkildə əlaqələndirilməlidir. 

- İşlər sənətkarların portfoliosundakı köhnə parçalardan seçilə və ya elandan sonra hazırlana bilər

* Gənc və həvəskar vizual sənətçilərin də festivala qatılaraq yarışmalarını çox böyük maraqla gözləyir, iştiraklarını tövsiyə edirik - çünki qalibləri seçmək üçün əsərləri qiymətləndirərkən işlərin şərhi və verdiyi mesajlar peşəkarlıqdan daha güclü bir meyar kimi qəbul ediləcəkdir.

** Sənətçilərə sərginin yerli nümayiş olduğunu, lokal elementlər və mövzu ilə əlaqəli sosial problemlərin işləndiyi əsərlərin daha yüksək qiymətləndiriləcəyini nəzərə almalarını tövsiyə edirik.

Meyarlar:

Müsabiqədəki işlər festivalın keçən ilki qalibləri tərəfindən qiymətləndiriləcəkdir.

Münsif heyəti üzvləri tərəfindən qiymətləndirilən ballar ümumi qiymətləndirmənin yalnız 70% -ni təşkil edəcək (35% vizual kontent, orijinallıq; 35% yazılı hekayə, mövzu ilə əlaqəlilik), digər 30% -i sənətçilər işlərinin sosial mediadan alacaqları səslərdən əldə edəcəklər.

Finalçılar işlərini təmsil edəcəkləri və əsərin hekayəsini danışacaqları qısa bir video-çarxı bizimlə bölüşməyə dəvət ediləcək və qalibləri İnstaqram səhifəmiz üzərindən elan edəcəyik! 

Müsabiqədə iştirak pulsuzdur!

Müraciət üçün son tarix: Festivalın bir hissəsi olmaq üçün adınızı, soyadınızı (təxəllüs də ola bilər - özünüzü necə rahat ifadə edirsinizsə elə), işlərinizi və sözlü qısa təsvirlərinizi 12 noyabr 2021-ci il tarixinədək [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Powered by Froala Editor