Nəfəs LGBTİ: “A və 24 digəri Azərbaycana qarşı” işi
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2017 Sentyabr hadisələri və AİHM məhkəməsində olan “A və 24 digəri Azərbaycana qarşı” işi üzrə müzakirəni təqdim edib
15/Oct/21
3103
Nəfəs LGBTİ: “A və 24 digəri Azərbaycana qarşı” işi
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2017 Sentyabr hadisələri və AİHM məhkəməsində olan “A və 24 digəri Azərbaycana qarşı” işi üzrə müzakirəni təqdim edib
Nəfəs LGBTİ Azərbaycan Alyansı 2012-ci ildən indiyə qədər Azərbaycanda LGBTİ+lərin hüquqlarının müdafiəsini, sosial inklüzivliyini təmin etmək üçün vəkillik edir. Nəfəs LGBTİ Azərbaycan Alyansı ölkədə LGBTİ+ icması ilə və onun üçün çalışan və fəaliyyətini davamlı şəkildə qoruyan LGBTİ+ hüquq müdafiəsi təşkilatıdır.
2017-ci ildə Azərbaycan polisi gey və ya biseksual olduğu güman edilən kişiləri və eyni zamanda, trans* qadınları həbs edib və işgəncə tətbiq edərək zorakı kampaniya həyata keçirib. Kampaniya son illərdə səlahiyyətlilər tərəfindən bu qəbildə həyata keçirilən ilk ən böyük ov olduğu üçün icma arasında "LGBTİ+ ovu" kimi tanınıb.
2017-ci ilin sentyabr ayının ortalarında digər gey kişilər və trans* qadınlar haqqında rüşvət və informasiya almaq üçün onlarla LGBTİ+i şübhəli ittihamlarla, döyülərək və bəzilərinə elektroşok tətbiq edilərək polis tərəfindən saxlanılıb.
Bu il üçün Nəfəs 2017-ci ildə LGBTİ+ icmasına qarşı həyata keçirilmiş, son illərin rəsmilər tərəfindən reallaşdırılmış ən böyük ovu haqqında vəkillik kampaniyası planlayıb. Kampaniya ərzində biz bu ilin may və iyun aylarında baş vermiş və əsasən, mülki şəxslər tərəfindən törədilmiş nifrət cinayətlərini də müzakirə edəcəyik. Qeyd etmək istərdik ki, Azərbaycan LGBTİ+lərin hüquqi, sosial və siyasi vəziyyətinə görə Avropanın ən pis ölkəsi kimi son beş ildə İLGA-Avropa təşkilatının hesabatlarında yer alıb. 2000-ci ildə Avropa Şurasına üzvlüyün ön şərtlərindən biri kimi homoseksuallığın dekriminallaşdırılması olduğundan, həmin dövrdən etibarən ölkədə iki kişi arasındakı seks cinayət sayılmasa da, bundan əlavə diskriminasiya əleyhinə hər hansı bir qanun qəbul edilməyib, və ya siyasi addım atılmayıb. Əksinə, hər il, xüsusilə pandemiya və müharibə sonrası ölkədə LGBTİ+lərin vəziyyəti daha da pisləşib.
Müzakirə Zoom platforması üzərindən təşkil olunacaq. Müzakirənin keçid linknə buradan çıxış əldə edə bilərsiz.
Zoom Meeting
Meeting ID: 909 015 4098
Passcode: Nafas2012
Panel müzakirəçiləri:
Jalə Bayramova - moderator, Nəfəs LGBTİ Azərbaycan Alyansının hüquqşünası, Lund Universitetində Beynəlxalq İnsan Haqqları Hüququ üzrə magistratura təhsili alır,
Cavid Nəbiyev - Nəfəs LGBTİ Azərbaycan Alyansının üzvü, Mərkəzi Avropa Universitetində Beynəlxalq İnsan Haqqları Hüququ üzrə magistratura təhsili alıb,
Lalə Mahmudova - Nəfəs LGBTİ Azərbaycan Alyansı və AZAD LGBT Kollektivinin üzvü, Çikaqo Loyola Universitetində Qadın və Gender Elmləri üzrə magistratura təhsili alıb.
Powered by Froala Editor