Sergey Polunin homofob fikirləri ona baha başa gəldi
Məhşur balet ustası Sergey Polunin Paris Opera səhnəsində baş rolunu canlandıracağı "Qu quşu gölü" baletindən homofob fikirlərinə görə uzaqlaşdırılıb.
08/Feb/19
3980
Məhşur balet ustası Sergey Polunin Paris Opera səhnəsində baş rolunu canlandıracağı "Qu quşu gölü" baletindən homofob fikirlərinə görə uzaqlaşdırılıb. Sergey balet sahəsində ən yaxşı kişi ifaçılardan biri hesab edilir. Lakin, Paris Operası onun fikirləri ilə öz baxışlarının üst-üstə düşmədiyi səbəbindən əməkdaşlıqlarına son veriblər.
Onun fikirləri nəinki opera sahəsinin insanlarını, hətta onun pərəstişkarlarını da hədsiz narahat edib.
O Instagram hesabından bunları yazmışdı "qadınlar artıq kişi rollarına can atırlar." O həmçinin kök insanları disiplinə soxmaq istədiyini də demişdi. Xatırladaq ki, bir müddət bundan öncə Sergey öz sinəsinə Rusiya prezidenti Vladimir Putinin portretini tatu etdirmişdi. O, həmçinin Amerikanın hazırkı prezidenti Donald Trumpa qarşı olan rəğbətini də dəfələrlə sosial media vasitəsilə ifadə edib.
Ən maraqlı məqamlardan biri isə odur ki, 29 yaşlı Sergey əsasən Hozierin "Take me to church" mahnısına çəkilmiş rəqsi ilə məşhurlaşmışdı. O mahnı isə tamamilə homoseksual insanların üzləşdikləri çətinliklər və dinin homofobiyaya yol açmasından bəhs edir. Klip Youtubeda 26 milyon dəfə izlənilib.
Powered by Froala Editor