'Amansız hücum zamanı qışqırmasının qarşısını almaq üçün' polis tunisli LGBTİ+ fəalının boynuna çəkməsini qoyub

İki polis məmuru Tunisin tanınmış LGBTİ+ hüquqları fəallarından birini ölkənin repressiyalara sürükləndiyini göstərən hücumda vəhşicəsinə döyüb. 

İnsan hüquqları müdafiəçisi və Damj Ədalət və Bərabərlik Dərnəyinin başçısı Badr Baabou İnsan Hüquqları İzləmə Təşkilatına (Human Rights Watch) keçən həftə ölkənin paytaxtı Tunisdə necə tələyə salındığını söyləyib.

O, məmurlar tərəfindən ələ salındığını, qarət edildiyini və cəfəng və mənasız şəkildə döyüldüyünü iddia edib. 

İnsan Hüquqları İzləmə Təşkilatı tərəfindən nəzər yetirilən sağlamlıq sənədinə görə, döyülmə nəticəsində aktivist boynu, qabırğası, gözü və üzündən ağır xəsarətlər alıb. 

Baabou qan laxtalanmasından, baş və alın nahiyəsindən küt qüvvə ilə travma, eləcə də qabırğasının zədələnməsindən əziyyət çəkib.



Powered by Froala Editor