ABŞ: "Bu, milli epidemiyadır"
Ölümcül ildən sonra ABŞ-da daha bir trans qadın öldürülüb: "Bu, milli epidemiyadır"
18/Nov/21
1999
Ölümcül ildən sonra ABŞ-da daha bir trans qadın öldürülüb: "Bu, milli epidemiyadır"
2021-ci ilin anti-trans zorakılığının səviyyəsinə görə ən ölümcül il olmasından bir neçə gün sonra ABŞ-da daha bir trans qadın Cenni De Leon öldürülüb.
25 yaşlı “parlaq ruhlu” De Leon noyabrın 2-də Florida ştatının Tampa şəhərində öldürülüb.
Onun ölümü ilə aktivistlər üçün dəhşətli bir reallıq gəlib. Onlar xəbərdarlıq ediblər ki, 2021-ci il trans icmasına qarşı ölümcül zorakılığı üzrə milli qeydlər aparılmağa başlayandan bəri ən ölümcül ildir və ilin sonuna altı həftə qalsa da, rəqəmlər yalnız yüksəlməyə davam edəcək.
2013-cü ildən bəri trans qətllərini sənədləşdirən LGBT+ kampaniya qrupu olan Human Rights Campaign deyib ki, bu il “ən azı” 45 trans, qeyri-binar və gender non-conforminq insan öldürülüb.
De Leonun ölümü ilə ölüm sayı 46-ya yüksəlib.
Tampa Polis İdarəsinin əməkdaşları De Leonu səhər saat 6 radələrində Sulphur Springs ərazisində sakit yaşayış məhəlləsində, Şimali 9-cu küçənin 8500-cü blokunda ölü tapıblar.
Powered by Froala Editor