Kişi qəddar hücuma məruz qalıb
Kişi qəddar hücuma məruz qalmadan əvvəl gey klubda olub-olmadığını soruşan quldurlar tərəfindən döyülərək huşunu itirib
25/Dec/21
2032
Kişi qəddar hücuma məruz qalmadan əvvəl gey klubda olub-olmadığını soruşan quldurlar tərəfindən döyülərək huşunu itirib
Polis homofobik hücumda adı açıqlanmayan zərərçəkmişə gey bardan evə gedərkən hücum edən iki xuliqanı axtardığını deyib.
40 yaşlarında olan kişi kimi təsvir edilən zərərçəkmiş dekabrın 9-da Blekpulda gey məkan olan Flying Handbag adlı bardan evə qayıdarkən hücuma məruz qalıb.
Kişi Palatine Yolu ilə gedərkən gecə saat 2-2.30 radələrində iki nəfər ona yaxınlaşıb. Kişilər onun Flying Handbagi ziyarət edib-etmədiyini soruşub və başının yan nahiyəsinə şiddətlə vuraraq huşunu itirməsinə səbəb olublar.
Hazırda Lancashire Polisi homofobik hücumu törədənləri axtardığını deyib, polis onların ağdərili, 20-40 yaşlarında və boylarının 5 fut 7 ilə 5 fut 9 düym arasında olduğunu bildirib.
Blackpool CID-nin detektivi Paul Edmondson polisin hücumun şahidi olan və ya yaxınlıqda olan hər kəslə danışmaqda və mühüm sübutları ələ edilə biləcək CCTV kameraları əldə etməkdə maraqlı olduğunu söyləyib.
"Bu, zərərçəkmişin huşunu itirməsinə səbəb olan ciddi bir hücumdur," - deyə Edmondson əlavə edib.
Powered by Froala Editor