Grindr aktiv və passivlərin ən çox olduğu ölkələri açıqlayıb

Grindr, nəhayət, dünyada saysız-hesabsız passivlərin verdiyi suala cavab verib: "Bütün aktivlər haradadır?"

Dünyanın ən məşhur kuir tanışlıq tətbiqi illik Grindr Unwrapped hesabatında hansı ölkələrdə aktiv və passivlərin daha çox olduğunu açıqlayıb.

13 milyon istifadəçisi olan tətbiqin hesabatına görə, Filippin dünyada ən yüksək sayda aktivə sahibdir. Kolumbiya, İsrail, Argentina və Hindistan aktivlərə gəldikdə Filippinin ardınca gəlir. 

Lakin yaxşı bir passivlə höcətləşmək istəyən aktivlər üçün Vyetnam, özlərini passiv kimi qeyd edən istifadəçilərin ən böyük hissəsinə ev sahibliyi edir, ondan sonra Çin, Cənubi Afrika, Peru və Polşa gəlir.

Sahib olduqları diapazonu sübut edən Venesuela, Kosta-Rika, Rumıniya, Rusiya və Çexiyadakı kuir kişilər özlərini universal (vers) kimi siyahıya salmaq ehtimalı yüksəkdir.



Powered by Froala Editor