Yunanıstan kuir kişilərin qan verməsi ilə bağlı qadağaları aradan qaldırıb

Yunanıstan aktivistlər tərəfindən "[onların] edə bildikləri ən son şey" adlandırılan hərəkətlə gey və biseksual kişilərə qan verməyə onilliklər ərzində qoyulmuş sərt qadağanı ləğv edib.

Səhiyyə rəsmiləri dövrün beynəlxalq tənzimləyici orqanlarına uyğun olaraq, 1977-ci ildə başqa bir kişi ilə cinsi əlaqədə olan kişilərə qan verməyi ömürlük qadağan edib. 

Lakin bazar ertəsi yanvarın 10-da səhiyyə naziri Thanos Plevris və onun müavini Mina Gaga bu cür məhdudiyyətləri aradan qaldırmaq üçün nazirlik fərmanı imzalayıblar, Greek City Times xəbər verib.

Kimisə qan verməsini məndudlaşdıran mövcud meyarlar arasında artıq homoseksuallıq qeyd olunmayıb.

Dəyişiklik yeni qanun və fərmanların mətnini çap edən və Yunanıstanın hüquqi qəzeti olan Hökumət Qəzetində (Government Gazette) dərc edildikdən sonra qüvvəyə minəcək.



Powered by Froala Editor