Din xadimi LGBTİ+lərin öldürülməlisini dəstəkləyib
Din xadimi Hacı Təyyar Hüseynli mövzu ilə bağlı Modern.az-a danışaraq bildirib ki, cinsini dəyişib, ibadət edənlər Allah tərəfindən lənətlənmiş insanlardır
27/Jan/22
3710
Hacı Təyyar Hüseynli LGBTİ+lərin öldürülməlisini dəstəkləyib
Din xadimi Hacı Təyyar Hüseynli mövzu ilə bağlı Modern.az-a danışaraq bildirib ki, cinsini dəyişib, ibadət edənlər Allah tərəfindən lənətlənmiş insanlardır.
“Avropadan idxal olunan bu çirkab bizim üçün heç bir faydası olmayan, Allahın dinində lənətlənən haramdır. İslam dinində elə bir göstəriş yoxdur ki, kimsə cinsini dəyişsin. Allah insanı ana bətnində qadın və kişi olaraq xəlq edirsə, yaradanın iradəsinin əksinə olaraq, müasir tibbi-texniki imkanlardan istifadə edib, cinsiyyəti dəyişməz olmaz. Bu böyük günah və haram əməldir.
Dində belə hökm var ki, uşaq iki cinsli dünyaya gələrsə, davranışında kişi, yaxud qadın tərəfə çəkiciliyinin faizini hesablayaraq iki cinsdən birinə yönəltmək əməliyyatını həyata keçirmək olar. Peyğəmbərlərimizin dövründə bu mümkün deyildi, ancaq tibbi imkanlar, cərrahiyə indi buna imkan verir və həmin insanın fiziki, psixoloji və davranışı nəzərə alınaraq, bir cinsə yönəltmək olur. Cinsi dəyişmək məsələsi, həmin şəxslər tərəfindən “namaz qılıram, ibadət edirəm, düz adamam” deməsi qəbuledilməzdir. Bundan böyük lənətlənmiş, Allahı qəzəbə gətirən iş yoxdur. Necə ki, intihar halı bütün dinlərdə və dini kitablarda lənətlənib, eləcə də bu addım da lənətlənib. Yaradılışın ilkin mərhələsində Adəm kişi, Həvva qadın formasında yaradılmışdı. Bütün dini kitablarda - İncil, Tövrat və başqalarında qeyd olunur ki, cinsin məqsədli şəkildə dəyişilməsi ilahi idealogiyada lənətlənib. Yaradanın göndərdiyi elçilər tək Allahlığı təbliğ edir. Həmin insanlar müsəlman deyil və ibadətləri qəbul edilmir. Yerləri isə cəhənnəmdir”.
Hacı Təyyar qeyd edib ki, eyni cinsdən olan insanlar anormal cinsi münasibətdə olarlarsa, həmin şəxslər barəsində ölüm hökmü verilə bilər:
“Lut peyğəmbərin dövründə qadınların qadına, kişilərin kişilərə meyilli olması Allahın qəzəbinə səbəb oldu, Allah həmin məmləkəti məhv etmişdi. İslam dinində qadınla qadının, kişinin kişi ilə cinsi əlaqədə olmasının hökmü ölümdür. Belə hadisə ədalətli şahidlər tərəfindən öz təsdiqini taparsa, həmin şəxslərin hər ikisinə dinin tələblərinə əsasən ölüm hökmü verilə bilər. Yəni dini qaydalara əsasən, bu çirkin işi görən şəxslər öldürülməlidir. Dinin tələbi belədir. Bu gün özlərindən guya təşkilat yaradıblar, adını da LGBT qoyublar. Hansı ki, bu yolla gedənlər iblisin tərəfdarlarıdır, onlar dindar ola bilməzlər”.
Minority Azərbaycan bildirir ki, ILGA-Europe beynəlxalq LGBTİ+ təşkilatının reytinqlərində Azərbaycan son beş ildə LGBTİ+ hüquqlarının müdafiəsi üzrə 49 Avropa ölkəsi arasında sonuncu yeri tutub. Ölkədə mütəmadi olaraq, homofobik və transfobik zəmində cinayətlər baş verir.
Powered by Froala Editor