Grindr Çində bir çox tətbiq mağazasından xəbərdarlıq etmədən yoxa çıxıb

Grindr ölkədə onlayn məzmuna qarşı təzyiqlərlə bağlı xəbərlər fonunda Çində bir çox tətbiq mağazasında yoxa çıxıb.

AFP xəbər verir ki, kuir tanışlıq tətbiqi Apple-ın Çindəki tətbiqlər mağazasından silinib. Android və Çin firmaları tərəfindən idarə olunan oxşar platformalarda Grindr axtarışları da heç bir nəticə verməyib.

Bloomberg bildirib ki, mobil araşdırma firması Qimai Grindr-ın yanvarın 27-də Apple tətbiqləq mağazasından yoxa çıxdığını müəyyən edib. Android versiyasının nə vaxt silindiyi bəlli deyil.

Bununla belə, Bloomberg-in verdiyi məlumata görə, Blued kimi yerli Grindr rəqibləri hələ də ölkədəki tətbiq mağazalarında mövcuddur.

Çıxarmalar Çin rəsmilərinin pornoqrafiya, şayiələr və digər “xəstə-təbiətli” fəaliyyətlər də daxil olmaqla, qeyri-qanuni onlayn məzmun kimi qiymətləndirdikləri şeylərə qarşı repressiya elan etməsindən bir neçə gün sonra baş verib.



Powered by Froala Editor