Dörd nəfər kuir pubda "zorakılıq edən" qoçu tərəfindən "vəhşicəsinə döyülüb"

Londonun şərqindəki “The Queen Adelaide” pabının kənarında bir qoçu 4 nəfərə hücum edib, onlardan biri xəstəxanaya yerləşdirilib.

LGBTİ+ evlətəminetmə və xeyriyyə sektorunda çalışan Hackneydən ola podkaster Matthew Riley Twitterdə iddia edib ki, The Queen Adelaide pabında təhlükəsizlik işçiləri şənbə günü 29 yanvar səhər saatlarında ona və digər qonaqlara hücum çəkiblər.

Onun dediyinə görə, sevgilisi Hackney Roadda baş verən və hər ikisini dərindən sarsıdan hadisədən sonra cərrahiyyə əməliyyatı tələb edən daxili üz qanaxması və sınıq burun xəsarəti ilə üzü şişmiş və qan içində olub. 

Metropolitan Polis Xidməti PinkNewsa paytaxt qüvvələrinin səhər saat 1:05-də paba çağırıldığını təsdiqləyib.

Sözçü əlavə edib ki, 18 yaşlı gənc "hücum etməkdə şübhəli bilinərək" hadisə yerində həbs edilib. 

Powered by Froala Editor