Alina Pash Eurovision-dan kənarlaşdırılıb
Ukraynanın “Eurovision” təmsilçisi Rusiya tərəfindən işğal olunmuş Krıma səfər etdiyi üçün kənarlaşdırılıb
16/Feb/22
2911
Ukraynanın “Eurovision” təmsilçisi Rusiya tərəfindən işğal olunmuş Krıma səfər etdiyi üçün kənarlaşdırılıb
Ukraynanın “Eurovision” iştirakçısı Alina Pash 2015-ci ildə Rusiya tərəfindən işğal olunmuş Krıma səfəri ilə bağlı iddialara əsasən yarışmadan kənarlaşıb.
28 yaşlı Pash Ukraynanı may ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsində təmsil etməli idi.
BBC-nin verdiyi məlumata görə, ölkənin milli yayım şirkəti UA:PBC 15 fevral çərşənbə axşamı onun saxta sənədlərlə Krıma səfər etdiyinə dair iddialara görə təmsilçi ilə müqavilənin imzalanmasını “dayandırıb”.
Bölgəyə səfərlə bağlı ciddi qaydalar var, əcnəbilərə yalnız rəsmi quru keçid məntəqələri vasitəsilə Krımı ziyarətə icazə verilir. Ukrayna qanunlarına görə, Rusiya üzərindən Krıma getmək qeyri-qanunidir.
16 fevral çərşənbə günü geri çəkildiyini elan edən Alina Pash hər hansı bir qanun pozuntusunu rədd edib.
"Mən Ukrayna vətəndaşıyam, Ukrayna qanunlarına əməl edirəm və Ukrayna ənənələrini və dəyərlərini dünyaya yaymağa çalışıram", - deyı o, özünün Instagram səhifəsində yazıb.
Powered by Froala Editor