Braziliyada trans yeniyetmə güllələnib
Braziliyada cəmi 17 yaşlı trans yeniyetmə 'uzaq məsafədən başından' güllələnib
21/Feb/22
1182
Braziliyada cəmi 17 yaşlı trans yeniyetmə 'uzaq məsafədən başından' güllələnib
Braziliyanın Sergipe şəhərində cəmi 17 yaşlı trans yeniyetmə güllələnib. Bu, dünyanın ən ölümcül ölkəsində trans olmağın necə dəhşətli olması haqqında bir xatırlatmadır.
Sergipe Hərbi Polisi bildirib ki, Gabbi Mattos 19 fevral şənbə günü səhər saatlarında şimal-şərq əyalətinin paytaxtı Aracajuda güllələnib.
Rəsmilər yeniyetmənin Sergpipe çayı boyunca sahilyanı bölgə olan Orlinha do Bairro Industrial yaxınlığında öldürüldüyünü söyləyib. Belə ki, yaxınlıqdakı partidə iki silahlı şəxs əlbəyaxa olub, bir-birinə atəş açmağa başlayıb.
Sergipe əyalətinin Mülki Polisinin Homisid və İnsan Mühafizəsi Departamenti yerli xəbər agentliyi olan A8S Sergpipe portalına küçə gülləsiinin Mattosa dəydiyinu və onu dərhal öldürdüyünü təsdiqləyib.
Lakin fəallar bunun əksini deyiblər.
Onlar iddia ediblər ki, yaxınlıqdakı restoran və polis müşahidə kameraları “işləmir”, yəni hadisə ilə bağlı heç bir görüntü çəkilməyib. Lakin şahidlərin bildirdiyi videoda silahlı şəxslərdən birinin yeniyetməyə tərəf qaçaraq'uzaq məsafədən başından' onu vurduğunu göstərilib.
Başqa bir şahid Aracaju şəhər şurasına seçilən ilk trans qadın Linda Brasilə hadisə yerində atəş açan iki nəfərin qara motosiklet sürdüyünü söyləyib. O, birini qara bığlı kimi təsvir edib.
Powered by Froala Editor