Aktivistlər "Kuir Gücü" təşəbbüsünü təsis ediblər
Kuir Gücü təşəbbüs qrupu gender və LGBTQİ+ hüquqları yeni bir təşəbbüs qrupudur
22/Feb/22
2014
Aktivistlər "Kuir Gücü" təşəbbüsünü təsis ediblər
Kuir Gücü təşəbbüs qrupu gender və LGBTQİ+ hüquqları yeni bir təşəbbüs qrupudur.
Təşəbbüs Qrupunun əsas məqsədi yerli kuir və kuir dostu fərdlərin xüsusilə əlaqəli mövzularda məlumatlılığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, xarici dilin tədris edilməsi və xarici dilli məlumat mənbələrinə çıxışın artırılması, şəxsi inkişaf, mental sağlamlıq kimi mövzular da başda olmaqla müxtəlif mövzularda təlimlərin keçirilməsi və beləliklə cəmiyyətin bu icmasına aid olan fərdlərin gücləndirilməsinə nail olmaqdır.
Təşəbbüs Qrupu bu məqsədə nail olmaq üçün müvafiq Fəaliyyət Planı hazırlayıb. Təsisçilər qeyd edir ki, Bakıda seminarlar, təlimlər və məlumatlandırıcı görüşlər təşkil edilərək bu Fəliyyət Planı tətbiq ediləcək. Həmin Fəaliyyət Planı aşağıdakı istiqamətləri əhatə edir:
– Kuir və kuir dostu fərdlər üçün ödənişsiz hüquqi, sosial, psixoloji və cinsi sağlamlıq üzrə maarifləndirmənin aparılması;
– Kuir və kuir dostu fərdlərin xarici dil bacarıqlarının artırılması və onların bu sahədə istiqamətləndirilməsi;
– Fiziki və rəqəmsal dünyada təhlükəsizliyin təmin olunması ilə bağlı məlumatlandırma;
– İqtisadı azadlığın təmin olunması üçün bacarıqların artırılması üsulları;
– Tibbi sağlamlığın əhəmiyyəti və sağlam cinsi münasibətlərin önəmi;
– Mental sağlamlığın önəmi və necə inkişaf etdirilə biləcəyi.
Kuir Gücü təşəbbüs qrupunun təsisçiləri LGBTQİ+ hüquqları fərdi və aktivisti Alp Əliyev və Bakı Dövlət Universitetinin Sosial İş ixtisasından məzun olmuş və hazırda ixtsası üzrə çalışmaqla bərabər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin Gender Bərabərliyi üzrə Gənc Səfiri olan, kuir dostu və kuir fərdlərin haqlarını dəstəkləyən Səadət Ağayevadır. Hər iki təsisçi yerli kuir icmanın və fərdlərin yaşadıqları çətinliklərlə yaxından məlumatlı olub bu barədə icmanın inkişafına töhfə vermək təşəbbüsü ilə çıxış ediblər.
Mənbə: Benefisiar
Powered by Froala Editor