LGBTİ+ ukraynalılar silaha sarılıblar
Cəsarətli LGBTİ+ ukraynalılar Rusiyaya qarşı mülki mübarizəyə qoşulmaq üçün silaha sarılıblar
01/Mar/22
2083
Cəsarətli LGBTİ+ ukraynalılar Rusiyaya qarşı mülki mübarizəyə qoşulmaq üçün silaha sarılıblar
Ukraynada LGBTİ+ könüllülər Rusiyanın işğalına qarşı döyüşə hazırlaşır.
Lvovdan olan Veronika Limina könüllü LGBTİ+ kursantlarına əsas döyüş və feldşerlik bacarıqlarını öyrədən düşərgə idarə edir, Daily Beast xəbər verib.
Orduda LGBTİ+lərin bərabər hüquqlarını təbliğ edən QHT-də işləyən Limina xəbər agentliyinə Lvovun ərazi müdafiə qüvvələrinə yazıldığını və Putin qüvvələrinin ölkənin qərbinə doğru irəlilədiyi bir vaxtda döyüşməyə hazır olduğunu söyləyib.
“Mən əsəbiyəm... Putini öldürəcəyik”, deyə o, Daily Beast agentliyinə bildirib.
Kiyevdə Nash Svit Mərkəzində işləyən Andrii Kravçuk ölkənin Rusiya tərəfindən işğalının “tam qanunsuzluq və repressiyalara” səbəb ola biləcəyini və ərazi müdafiə qüvvələrinə qoşulan çoxlu LGBTİ+lərin olduğunu, eləcə də xidmətə qayıdan LGBTİ+ veteranlar haqqından xəbəri olduğunu söyləyib.
O, Daily Beast xəbər saytına deyib: “İndi bizim yalnız iki seçimimiz var: ya ölkəmizi müdafiə edəcəyik və o, azad dünyanın bir hissəsinə çevriləcək, ya da bizim üçün heç bir azadlıq olmayacaq və ümumiyyətlə Ukrayna olmayacaq. Orduda xidmət etmiş LGBT+ insanlar və hərbi könüllülər yenidən xidmətə qayıtmağa hazırdırlar. Biz bütün millətin etdiyinin eynisini edirik”.
Powered by Froala Editor