Rusiya əsgərləri LGBTİ+ fəallar tərəfindən əsir götürülüb
Zirzəmidə gizlənən Rusiya əsgərləri Ukrayna LGBTİ+ fəalları tərəfindən əsir götürülüb
01/Mar/22
1304
Zirzəmidə gizlənən Rusiya əsgərləri Ukrayna LGBTİ+ fəalları tərəfindən əsir götürülüb
Ukraynada LGBTİ+ təşkilatının üzvləri ofislərində gizlənən bir qrup Rusiya əsgərini əsir götürüblər.
Viktor Pylypenko İsrailin “The Israel Hayom” qəzetinə deyib ki, o və qrupu Xarkov şəhərindəki ofisinin zirzəmisində əsgərlər saxlayıblar.
Pylypenko LGBTİ+ fəalı və veteranıdır, Maydan İnqilabında döyüşdükdən sonra Ukraynada kuir veteranları dəstəkləmək və LGBTİ+ hüquqları uğrunda mübarizə aparmaq üçün təşkilat yaradıb.
Keçən həftə Rusiyanın Ukraynaya işğalının başlamasından bəri o, ölkəsinin azadlığı uğrunda döyüşmək üçün yenidən orduya qoşulub.
Pylypenko əsgərləri tapdıqdan sonra fəal yoldaşları ilə birlikdə onları döyərək əsir götürdüyünü bildirib.
O əlavə edib: "Bu, bizim müharibəmizdir, ukraynalıların, lakin biz LGBTQ insanlar kimi də mübarizə aparmışıq... Biz tiran, homofob düşmənlə qarşı-qarşıyayıq."
Powered by Froala Editor