Rusiyanın işğalından sonra Ukraynada translar köməksiz və tək qalıblar

Ukraynada translar VICE World News agentliyinə Rusiya qüvvələrindən qaçmaqdan qorxduqlarını deyiblər. Səbəbin isə hakimiyyət orqanları onları tərk etmələrinə mane ola biləcəyini qeyd ediblər. 

Ukraynada translar VICE World News xəbər portalına ölkədə "tamamilə ilişib qaldıqlarını" və "həyatları üçün qorxduqlarını" söyləyiblər.

İki ukraynalı trans qadın Ukraynanı tərk edə və hətta orada təhlükəsiz səyahət edə bilmədiklərini bildiriblər. Onların bütün şəxsiyyət sənədlərində “kişi” yazılıb və “maskulin adları” qeyd olunub.

Bəzi transslara Ukraynadan çıxmaq üçün insan haqları qrupları hətta “şəxsiyyət vəsiqələrini itirməyi” tövsiyə ediblər. Trans-təşviqatçılar hesab edirlər ki, bu problem Ukraynada “yüzlərlə” transın “ciddi təhlükə” altında qalmasına və özünü “tamamilə tək” hiss etməsinə səbəb olub.

Bir trans qadın hakimiyyətin 18-60 yaşlı kişilərin ölkəni tərk etməsinə mane olduğuna görə, Ukraynanı tərk etmək cəhdinin dayandırılmasından və “kişi kimi” Ukrayna ordusuna qoşulmağa məcbur edilməsindən  “qorxduğunu” bildirib. Daha bir ukraynalı trans qadın transfobik hücumlardan qorxaraq yaşayış yerini tərk etməkdən çox qorxduğunu bildirib. O, qonşuluğunda qalan yeganə insandır.

Altı ildən çoxdur ki, tranzisiya edən edən və o vaxtdan Ukraynada kişi kimi yaşayan bir trans kişi yalnız “qadın” qeyd olunan şəxsiyyət vəsiqəsiqəsinin olduğunu bildirib.

O, VICE World News portalına evini tərk etməkdən qorxduğunu və Ukraynanı tərk etməyə çalışdığını söyləyib. Telefon danışığı zamanı yaşadığı yerdən qışqırıq və partlayış səsləri eşidilib, lakin o, şəxsiyyət vəsiqəsi probleminə görə yenə də getməkdən imtina edib.

Qeyri-binar ukraynalı şəxs Ukraynanı tərk edib, onnların kimliyi “lağa qoyan” və tanımayan “Polşa və ya Macarıstan kimi yerlərə” getmək qorxusunu ifadə edib. "Mən öz ölkəm - naviqasiya etməyi öyrəndiyim yer ilə özümü daha da təcrid olunmuş və təhlükə altında hiss edə biləcəyim tamamilə yad bir yer arasında seçim etməliyəm", - deyə o qeyd edib.



Powered by Froala Editor