İstanbul LGBTİ+ Qürur Həftəsindən 8 Mart çağırışı: Susmuruq, qorxmuruq, itaət etmirik!

“Qadınların və kuirlərin azadlığının hər kəsi azad edəcəyini bilirik, 8 Mart, 19.30 Taksimdə görüşürük!”

İstanbul LGBTİ+ Qürur Həftəsi 8 Mart Feminist Gecə Yürüşünə çağırış edib. “Biz ictimai əxlaqa qarşıyıq, müğayirik, tərəddüdlüyük, cəmiyyətin özüyük və feminizmin subyektiyik!”, - deyə Qürur Həftəsi qeyd edib və hər kəsi 8 Mart 19.30-da Taksimdə görüşməyə dəvət edib.

Çağırışda bunlar qeyd edilib:

Ətrafında kuirlərin izlərini daşıyan Beyoğlundan ayrılmır, Taksimdə hər il keçirilən 8 Mart Feminist Gecə Yürüşündə bu il 20-ci dəfə bir araya gəlirik. Çünki biz feminizmin trans/natrans, aşkar və ya qeyri-müəyyən olmasından asılı olmayaraq ayrıseçkiliyə, paternalizmə, irqçiliyə, statusa, kapitalizmə qarşısında; imkansızların tərəfində olduğunu bilirik.

Əvvəldən feminizmin subyekti olduğumuzu, yan-yana gücləndiyimizi və sağaldığımızı, LGBTİ+fobiya və qadın düşmənliyinin eyni yerdən qidalandığını bilirik, nə kişilərdən, nə dövlətdən, nə də genital mühafizəçilərdən qorxuruq!

Biz ictimai əxlaqa qarşıyıq, müğayirik, tərəddüdlüyük, cəmiyyətin özüyük və feminizmin subyektiyik!

Kişi zorakılığına və hökmranlığına inad kuirəm, buradayam!

Biz millətçiliyə, müharibələrə qarşı özünümüdafiəni, sülhü, zorakılıqsızlığı müdafiə edirik! 

Polis zorakılığına, gender polislərinə inad varlığımıza və bir-birimizə sarılırıq! 

Genital mühafizəçilərə, transfoblara, homofoblara, bifoblara və afoblara qarşı meydanda görüşürük!

Qadınların və kurilərin azadlığının hər kəsi azad edəcəyini bilir və 8 Mart, 19.30 Taksimdə görüşürük!



Powered by Froala Editor