Feministlər: “Yürüş uğurla başa çatdı”
Bu gün Azərbaycan feminist icması 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti yürüşünü keçirib
08/Mar/22
2397
Feministlər: “Yürüş uğurla başa çatdı”
Bu gün Azərbaycan feminist icması 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə növbəti yürüşünü keçirib.
Yürüş planıldığı kimi Nizami küçəsi, Mc.Donalds-ın qarşısından başlayıb və “Xurşudbanu Natavan” heykəlinin qarşısında (Əziz Əliyev və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsi) başa çatıb. Yürüşün sonunda bəyanat səsləndirilib və bununla da, yürüş başa çatıb.
LGBTİ+ aktivisti Əli Məlikov yürüş zamanı LGBTİ+ bayrağı açıb. Bayraq polislər tərəfindən dərhal yığışdırılıb. Aktivistin sözlərinə görə, polislər həm də trans bayrağı və “Petuxlar diktatorluğa qarşıdır” plakatını da əlindən alıblar.
Nəfəs LGBTİ Azərbaycan Alyansından olan, LGBTİ+ hüquq müdafiəçisi Cavid Nəbiyev yürüşə göy qurşağı maskası ilə qatılmağa çalışıb. Hüquq müdafiəçisinin sözlərinə görə, yürüş zamanı polislər ondan maskasının dəyişdirilməsini tələb ediblər. Nəbiyev polislərə “Niyə?” sualını verdikdə isə, “Sən bilirsən, cavab lazımdısa 9-cu bölməyə yaxınlaş, orada cavab veriləcək,” - deyə polislər tərəfindən təhdid olunub.
8 Marş - Susa Bilmirik yürüşünün təşkilatçıları yürüş zamanı bir neçə tələb səsləndirib:
“Qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilsin!
Qadınlara qarşı baş verən cinayətlər qanunauyğun və ədalətli şəkildə araşdırılsın və cinayətkarlar məsuliyyətə cəlb olunsun!
İstanbul Konvensiyası qəbul edilsin!
Qadınların şəbəkələşməsi, birləşməsi və mübarizəsi üçün bütün maneələr aradan qaldırılsın!
Gender və cinsi oriyentasiyasından asılı olmayaraq, hər kəsin bərabər hüquqları təmin edilsin!”
Powered by Froala Editor