D18 hərəkatından inklüziv addım

Martın 18-i D18 hərəkatı 9 yaşını qeyd edib. Hərəkat həmçinin özünün hakimiyyət proqramını açıqlayıb.

Jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı tədbirdə D18 hərəkatının idarə heyəti üzvləri hərəkatın hakimiyyət proqramını oxuyublar. Proqramın “İnsan hüquq və azadlıqları” bölümündə bir sıra əlamətlərlə yanaşı, cinsi oriyentasiya zəminində də ayrı-seçkiliyə yer verilməməli olduğu vurğulanır:

“Hər kəsin irqindən, etnik mənsubiyyətindən, inancından, dilindən, cinsindən, cinsi oriyentasiyasından, sosial sinfindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməlidir.”

Hərəkatın idarə heyətinin üzvü Əhməd Məmmədli hərəkatın fəaliyyəti dövründə ilk dəfə belə bir proqram təqdim etdiyini bildirib. 



Powered by Froala Editor