LGBTİ+ təşkilatları konfransa qoşulmaqdan imtina edib
Stonewall və 80 qrup konversiya terapiyası uğursuzluğuna görə hökumətin LGBTİ+ konfransında iştirakdan imtina edib
06/Apr/22
1356
Stonewall və 80 qrup konversiya terapiyası uğursuzluğuna görə hökumətin LGBTİ+ konfransında iştirakdan imtina edib
Stonewall və 80-dən çox LGBTİ+ qrupu Britaniya hökumətin flaqman LGBTİ+ hüquqları konfransı olan "Safe To Be Me" ilə əlaqələrini kəsdikdən sonra konfrans ideyası ölü vəziyyətə düşüb.
“Safe To Be Me” hökumət tərəfindən Böyük Britaniyanın ilk qlobal LGBTİ+ konfransı kimi qəbul edilib və ilk rəsmi London Qürur yürüşünün 50-ci ildönümünə təsadüf edəcəyi bildirilib.
Bununla belə, hökumət transları qorumayan konversiya terapiyasına qadağa qoyacağını təsdiqlədikdən sonra 82 LGBTİ+ və HİV təşkilatı konfransa qoşulmaqdan imtina edib.
Böyük Britaniyadakı LGBT+ təşkilatları üçün çətir qrupu olan LGBT+ Konsorsiumu Stonewall təşkilatından bəyanat paylaşıb. Bəyanatda: "Baş nazirin transları konversiya terapiyasının zərərlərindən qorumaq barədə vədini pozmasına görə təəssüflənirik və Stonewall təşkilatının Böyük Britaniya hökumətinin “Safe To Be Me” konfransına dəstəyini geri götürürük," - deyə qeyd edilib.
"Əgər Baş nazir konversiya terapiyasına trans-inklüziv qadağa ilə bağlı verdiyi vədə geri dönərsə, biz konfransda iştirak edə bilərik."
Bəyanat GIRES, Gendered Intelligence, Mermaids, The LGBT Foundation, The Peter Tatchell Foundation, The Intercom Trust, The Proud Trust, The Ozanne Foundation və bir çox başqaları da daxil olmaqla 82 LGBTQİA+ təşkilatı tərəfindən dəstəklənib. Daha çox qrupun bəyanata qoşulmağa hazır olduğu bildirilib.
Powered by Froala Editor