Trans və qeyri-binar velosipedçilər yarışlardan uzaqlaşdırılıb
British Cycling trans və qeyri-binar velosipedçiləri yarışlardan uzaqlaşdırıb
09/Apr/22
1652
British Cycling trans və qeyri-binar velosipedçiləri yarışlardan uzaqlaşdırıb
British Cycling yaxın həftələrdə "tam nəzərdən keçirmə" vəd edərək, trans və qeyri-binar iştirak siyasətini dərhal qüvvəyə minən qərarla dayandırıb.
Britaniyanın velosiped idmanı üzrə milli idarəetmə orqanı 8 aprel cümə günü bildirib ki, bu qərar British Cycling və idmanın dünya üzrə idarəedici orqanı olan Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən lisenziyalaşdırma siyasətlərindəki fərqə görə verilib.
British Cycling qurumuna əsasən, bu fərq “hal-hazırda trans qadın idmançıların” ölkə daxilində yarışmaq hüququna malik ola bilməsi, lakin “onların işlərinin UCI-də gözləmə vəziyyətində qalması (yaxud uyğunsuz hesab olunmaları) ilə” müəyyən olunub.
"Bu, öz növbəsində, həmin atletlərə Milli Çempionat yarışları üçün seçim qərarlarına təsir edən yerli reytinq xalları toplamaq imkanı verir, bu isə təkcə idmanımızda görünməmiş hal deyil, həm də bütün qadın atletlərə qarşı ədalətsizdir və yarışın bütövlüyünə problem yaradır," - deyə bəyanatda qeyd edilib.
Nəticədə, British Cycling qurumunun direktorlar şurası 6 aprel çərşənbə günü növbəti baxışa qədər mövcud siyasətini dərhal dayandırmaq üçün səs verib.
İdarəetmə orqanı bu baxışın “qadınlar, transgender və qeyri-binar icmalar da daxil olmaqla, bütün maraqlı tərəflərlə əlavə müzakirələr aparmaq üçün vaxt verəcəyəni” bildirib.
Powered by Froala Editor