Minlərlə LGBTİ+ inklüziv konversiya terapiyası qadağasına etiraz edib: 'Biz birlikdə olmalıyıq'

Minlərlə LGBTİ+ Londonun mərkəzi küçələrinə çıxaraq, hökumətin konversiya terapiyası qadağasına qarşı qəzəbli nümayiş həyata keçirib.

Təşkilatçılar 10 aprel bazar günü günortadan sonra ən azı 3000 nəfərin Downing Street qarşısında toplaşdığını söyləyib.

Bir çoxları PinkNews xəbər portalına hökumətin yanaşmasından az qala sındıqlarını desələr də, etirazçılar bildiriblər ki, konversiya terapiyasının geylər üçün qadağan edilməsi, lakin transların bundan kənarda qalması nəticəsində icmanın nə qədər xəyanətə uğramış hiss etdiyini nazirlərə göstərməkdə qərarlıdırlar. 

“Konversiya terapiyasını qadağan et” və “Burada bizə nə lazımdır? Trans insanlar” yazılan plakartlarla nümayişçilər əsas magistral yolları bağlayaraq, Londonun səs-küylü nəqliyyat hərəkətini dayandırıblar.

Etiraz yürüşündə RuPaul's Drag Race UK ulduzları Ella Vaday və River Medway, eləcə də Londonda Stonewall, Mermaids, TransActual və Pride daxil olmaqla bir çox tanınmış LGBTİ+ fərdlər və qruplar iştirak edib. 

“Zərərli” istisna qadağasına görə vəzifəsindən dramatik şəkildə istefa verən hökumətin əsas LGBTİ+ məsləhətçilərindən biri Iain Anderson da iştirak edib.


Powered by Froala Editor