LGBTİ+ kitabxanası kuir ukraynalılara kömək edir
Polşanın LGBTİ+ kitabxanası kuir ukraynalılara bədnam “LGBT-dən azad zonalar”da təhlükəsiz hərəkət etməyə kömək edir
13/Apr/22
1294
Polşanın LGBTİ+ kitabxanası kuir ukraynalılara bədnam “LGBT-dən azad zonalar”da təhlükəsiz hərəkət etməyə kömək edir
Fevralın 24-dən - Rusiya Ukraynanı işğal etməyə başlayandan bəri 2,4 milyondan çox qaçqın sərhədi keçərək Polşaya qaçıb.
Polşanın şimal sərhədinə ən yaxın böyük şəhəri olan Lublinə çatmaq üçün qaçqınlar tez-tez Polşanın “LGBT-dən azad zonaları” adlandırılan bəzi ərazilərdən keçməli olublar.
Bu zonalar 2019-cu ildə ölkə daxilində meydana çıxmağa başlayıb, 100-ə yaxın bələdiyyə özünün “LGBT ideologiyası”na xoş baxmadığını bəyan edib.
“Kömək etdiyimiz trans qadınlardan biri məndən soruşub: “Biz o “LGBT-dən azad zonalardan” keçəcəyikmi və bu nə deməkdir?”, - Lublində yerləşən Biblioteka Azyl LGBTİ+ kitabxanasının həmtəsisçisi 28 yaşlı Filip Kijowski izah edib.
O və kitabxananın kuratoru 57 yaşlı Valdemar Tatarczuk Ukraynanı tərk etdikdən sonra LGBTİ+ qaçqınlarına icma, təhlükəsizlik və səhiyyə xidmətləri tapmaqda kömək etmək üçün işlədikərini bildiriblər.
Kijowski PinkNews xəbər agentliyinə deyib: "Dəhşətlidir ki, onlar təkcə müharibədən qaçmırlar və bu travmaları yaşamırlar, həm də hökumətimiz tərəfindən daha çox travma almaqdan narahat olmalıdırlar."
2020-ci ildə “LGBT-dən azad zonalar” Polşanın üçdə birini əhatə edib; yalnız bir ovuc qədər bələdiyyə o vaxtdan bəri bəyannamələrdən imtina edib.
Fevral ayında Polşa parlamenti bütün ölkədəki məktəblərdə “LGBT+ təbliğatını” qadağan edən qanun qəbul edib.
Eyni-cinsli cütlüklərin evlənməsi və ya uşaq övladlığa götürməsi qeyri-leqaldır və 2019-cu ildə keçirilmiş rəy sorğusu əhalinin demək olar ki, dörddə birinin homoseksuallığa qarşı dözümsüzlük göstərilməsinin lazım olduğuna inandığını bildirib.
Powered by Froala Editor