QueeRadar: Mentorluq proqramı

QueeRadarın media nümayəndələri (jurnalistlər, fotoqraflar, video-reportyorlar) üçün mentorluq proqramına ərizə qəbulu başlayıb.

Layihənin təsvirində qeyd olunur ki, dözümsüzlüyü qızışdırmamaq, cəmiyyətləri formalaşdıran dillər, dinlər, mədəniyyətlər, kimliklər və müxtəlif tarixi perspektivlərin mozaikasını ədalətli şəkildə çatdırmaq üçün jurnalistlər müxtəliflik məsələləri ilə əlaqədar diqqətli davranmalıdırlar. Ona görə də mətbuatda balanslı, inklüziv və informativ materiallara ehtiyac olduqca böyük əhəmiyyət kəsb edir. 

Bu baxımdan QueeRadar media nümayəndələrinə (jurnalistlər, fotoqraflar, video-reportyorlar) fərdi mentorluq yolu ilə peşəkar jurnalist materialları istehsalı üzrə əməkdaşlıq təklif edir!

İdeyaları göndərmək üçün son tarix: 20 may

Layihənin şərtləri ilə bağlı daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz.  



Powered by Froala Editor