ABŞ səfirliyi LGBTİ+ bayrağı dalğalandırıb

Bu gün 17 may Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiyaya qarşı Mübarizə Gününün qeyd olunması münasibətilə ABŞ-ın Azərbaycandakı səfirliyi səfirliyin həyətində LGBTİ+ bayrağı dalğalandırıb. 

Səfirlik öz Facebook səhifəsində bunları qeyd edib:

17 May - Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günüdür. “Ümumdünya İnsan Hüquqları Bəyannaməsində hər kəsin insan haqqlarına və əsas azadlıqlara hüququnun olduğu bildirilir. Bütün dünyada lezbiyan, gey, biseksual, transseksual, queer və interseks insanların töhfələrini qeyd etməklə, Birləşmiş Ştatlar bu ümumi dəyəri bir daha vurğulayır: Hər kəs ləyaqətlə yaşamağa layiqdir.”


Powered by Froala Editor