BMT-dən 17 May mesajı
BMT-in Azərbaycan üzrə rezident koordinatoru Vladanka Andreeva İDAHOBİT Gününün qeyd olunması münasibətilə mesaj yayınlayıb
17/May/22
2249
BMT-dən 17 May mesajı
BMT-in Azərbaycan üzrə rezident koordinatoru Vladanka Andreeva 17 may Beynəlxalq Homofobiya, Bifobiya, Transfobiya və İnterfobiyaya qarşı Mübarizə Gününün qeyd olunması münasibətilə mesaj yayınlayıb.
Vladanka Andreeva BMT-in Baş Katibi Antonio Guterresin: “Biz LGBTİQ+ insanlara qarşı zorakılıqla mübarizə aparmalı və onların insan hüquqlarını qorumalıyıq: Zərərli təcrübələri qadağan edin. Qurbanlara ədalət və dəstək verin. Təqib, ayrı-seçkilik və kriminallaşmaya son” tvitini sitat gətirib. Öz tvitində: “Bu gün Beynəlxalq Homofobiya, Bifobiya, İnterseksfobiya və Transfobiyaya Qarşı Mübarizə Günündə və hər gün biz bütün #LGBTİQ+ insanların öz hüquqlarını təbliğ etmək, onların müxtəlifliyini, cəsarətini və möhkəmliyini qeyd etmək üçün yanındayıq,” - deyə Vladanka Andreeva qeyd edib.
Powered by Froala Editor