Deputat LGBTİ+ləri xəstə adlandırıb
Deputat cəmiyyəti LGBTİ+lərə qarşı olmağa çağıran nifrət nitqi ilə çıxış edib
17/May/22
2052
Deputat LGBTİ+ləri xəstə adlandırıb
Deputat cəmiyyəti LGBTİ+lərə qarşı olmağa çağıran nifrət nitqi ilə çıxış edib.
Milli Məclisin deputatı Eldar Quliyev LGBTİ+ləri “üzd*nir*q” adlandırıb və “bu üzd*nir*qları ya tərbiyə etmək, ya da ölkədən çıxarmaq” lazım olduğunu deyib.
Milli Məclisin deputatı Eldar Quliyev pravda.az xəbər portalına açıqlamasında deyib: "LGBT-nin təbliği mentalitetimizə yaraşmayan işdir. Bunu bizə Avropadan gətiriblər, inteqrasiyanın sonu da elə budur. Deyirlər, Avropaya inteqrasiya edin, inteqrasiya olunanda da, görürsünüz də, cavanlar nə ilə məşğul olurlar... Bəlkə də siğə edib evlənirlər, çünki bizdə belə bir qanun yoxdur. Belə işlərin qarşısını almaq üçün təbliğat aparmaq, gənclərlə iş aparmaq lazımdır. Kişi kişidir, qadın qadındır, yəni xəstədirlərsə, getsinlər müalicə alsınlar".
Powered by Froala Editor