Polis 9-cu Boğaziçi Qürur Yürüşü iştirakçılarına hücum edib və ən azı 33 nəfər işgəncə görərək saxlanılıb

Yürüş iştirakçıları Boğaziçi LGBTİA+ İşlətməyəcəklər Klubunun imzası olan  “Bizi Boğaziçində oxutmayacaqlarmış... Yaxşı görək! Küçələr də bizimdir, kampular da” pankartı ilə yürüş ediblər.

Rektorluq tərəfindən qoyulan qadağadan sonra 9-cu Boğaziçi Qürur Yürüşünün qarşısı polisin hücumu ilə kəsilib. Yürüşün başlama vaxtı 17:00-a dəqiqələr qalmış saat 16:19-da tələbələrə elektron məktub göndərən rektorluq Taş Oda konsertləri zamanı açıq havada fəaliyyətə icazə verilməyəcəyini bildirib.

Saat 17:00-dan başlayaraq universitetin xüsusi təhlüksizlik işçiləri universitet tələbələri ilə eyni vaxtda Cənub Kampusu qapısı qarşısında toplaşmağa başlayıb. Yürüşdən əvvəl xüsusi təhlükəsizlik rəisi LGBTİ+ hüquq müdafiəçilərinə yürüşə icazə verilməyəcəyini bildirib. 

Təhlükəsizlik blokadasına baxmayaraq 9-cu Boğaziçi LGBTİ+ Qürur Yürüşü saat 17:10-da başlayıb. Təhlükəsizlik rəisi “Tələbə İntizamı Qaydasına görə, əvvəlcədən icazə olmadan yürüş etmək qadağandır. Bəyanat oxuyacaqsız, oxuyub dağılışın,” - deyərək yürüşün qadağan olduğunu bildirib. Təhlükəsizlik blokadasını aşmaq üçün yürüşün istiqamətini dəyişən tələbələr festival ərazisinə doğru irəliləyib.

Yürüş iştirakçıları Boğaziçi LGBTİA+ İşlətməyəcəklər Klubunun imzası olan  “Bizi Boğaziçində oxutmayacaqlarmış... Yaxşı görək! Küçələr də bizimdir, kampuslar da” pankartı ilə yürüş ediblər.

Saat 17:30-a qədər heç bir zorakılıq olmadan davam edən yürüş saat 17:30-da universitet həyətinə daxil olan çevik qüvvələrin hücumuna məruz qalıb. Saat 17.30-da açıqlama oxumaq üçün Boğaziçi LGBTİ+ Araşdırmalar Klubu qarşısında dayanan kütləyə çevik qüvvət polisinin hücumu zamanı tələbələrin bir hissəsi dağıldılıb.

Daha sonra polis kütlənin qalan hissəsinin dağılışmasına imkan verməyərək tələbələri mühasirəyə alıb. Tələbələrin “dağılışırıq” deməsinə baxmayaraq saat 17:40-dan polis blokadaya alınan qrupu saxlamağa başlayıb.

Yürüş zamanı azı 33 nəfər saxlanılıb. Saxlanılanların sağlamlıqları yoxlanıldıqdan sonra ifadələri üçün Vətən Polis İdarəsinə aparılıb.



Powered by Froala Editor