Bu gün Əvəz Hafizlinin qətli ilə bağlı hökm oxunacaq
Bu gün (29 iyul) saat 15.30-da Bakı Ağır Cinayətlər Məhkəməsində LGBTQ+ fəalı, jurnalist Əvəz Hafizlini (Şıxməmmədov) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunacaq
29/Jul/22
2383
Bu gün Əvəz Hafizlinin qətli ilə bağlı hökm oxunacaq
Bu gün (29 iyul) saat 15.30-da Bakı Ağır Cinayətlər Məhkəməsində LGBTQ+ fəalı, jurnalist Əvəz Hafizlini (Şıxməmmədov) qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunacaq.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb və 10 il 6 ay müddətinə həbs edilməsi istənilib.
Məhkəmə iclasları açıq keçirilir. Məhkəmədə iştirak edən fəallar bildirib ki, Əmrulla Güləliyev qətlin nifrət cinayəti olduğunu etiraf edib və Əvəzi LGBTQ fərdi olduğu üçün öldürdüyünü, onun “nəslin adını batırdığını” deyib. Ötən məhkəmə iclasında iştirak edən LGBTQ+ fəalları mediaya müsahibələrində nifrət cinayətinin, eləcə də Əvəzin yatdığı yerdə öldürülməsinin ağırlaşdırıcı hal kimi nəzərə alınmamasından narazılıq bildiriblər.
Zərərçəkmişin hüquqi varisi olan Təbriz Şıxməmmədov ötən məhkəmə iclasında Əmrulla Güləliyevlə barışdığını, ondan şikayəti olmadığını və ona daha az - 7 il cəza verilməsini istəyib.
“Qıy Vaar” təşəbbüs qrupu Əvəzi Hafizlini açıq hədəf göstərən və LGBTQ+ icmasının qətlinə çağırış edən Sevinc Hüseynovanın və Əvəz Hafizlinin heç bir şikayətinə baxmayan dövlət qurumlarının məsuliyyətə cəlb olunmadığına diqqət çəkib.
Qeyd: Məhkəmə iclasında iştirak etmək istəyən şəxslər məhkəmə zalına yalnız tibbi maska ilə daxil ola bilər.
Powered by Froala Editor