Eurovision Böyük Britaniyada keçiriləcək
Böyük Britaniyanın 2023-cü ildə Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyi təsdiqlənib
05/Aug/22
2469
Böyük Britaniya 2023-cü ildə Ukrayna adından Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək
Böyük Britaniyanın 2023-cü ildə Eurovision Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyi təsdiqlənib.
Gələn il müsabiqənin Rusiya ilə müharibənin səbəb olduğu “təhlükəsizlik və mühafizə problemləri” ucbatından Avropa Yayım Birliyi (EBU) tərəfindən “dərin təəssüflə” ev sahibliyi etməkdən kənarlaşdırılan Ukrayna adından Böyük Britaniyada keçiriləcəyi bildirilib.
Keçən ay builki Avroviziyada ikinci olan Böyük Britaniyadan davam edən münaqişə səbəbilə ev sahibliyi vəzifəsini götürməsi istənilib.
Eurovision təşkilatçıları təmsilçilərin şouya Ukrayna elementlərini daxil etmək üçün BBC ilə əməkdaşlıq edəcəklərini bildiriblər.
London meri Sadiq Khan tvitter hesabında “London işə girməyə hazırdır” deyə qeyd edib. Mançester şəhər şurasının lideri Bev Craig Mançesterin də təklif verəcəyini təsdiqləyib.
Eurovision təşkilatçıları ölkənin 2022-ci ildə qazandığı qələbəyə görə, Ukrayna Böyük beşlik Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya iləbirlikdə avtomatik olaraq qrand finala vəsiqə qazanacağını bildiriblər.
Powered by Froala Editor