Ukrayna prezidenti Zelenski müharibə başa çatdıqdan sonra eynicinsli nikahları nəzərdən keçirəcəyinə söz verib

Vladimir Zelenski Ukrayna hökumətindən Rusiya ilə müharibə bitdikdən sonra eynicinsli nikahların qanuniləşdirilməsi məsələsinə baxmağı istəyəcəyini təsdiqləyib. 

Ukrayna konstitusiyası nikahı kişi və qadın arasında müəyyən edir.

Lakin ötən ay Ukraynada nikah bərabərliyinin leqallaşdırılmasını tələb edən petisiya prezident tərəfindən baxılması üçün tələb olunan 25 min imza baryerini keçərək 28 mindən çox imza toplayıb.

Petisiyada “bütün insanlar öz ləyaqət və hüquqlarına görə azad və bərabərdir” və “insan hüquqları ayrılmaz və toxunulmazdır” deyə qeyd olunan Ukrayna konstitusiyasına istinad edilib. 

Avqustun 2-i çərşənbə axşamı Zelenski rəsmi cavab verib. Reuters-in məlumatına görə, o, rəsmi sərəncamda deyib: “Mən baş nazir [Denis] Şmihaldan elektron petisiyada qaldırılan məsələyə toxunmağı və müvafiq qərarlar barədə mənə məlumat verməsini istəmişəm”.

Bununla belə, o, Rusiya ilə müharibə davam etdiyi müddətdə Ukrayna Konstitusiyasının 157-ci - “Müharibə və ya fövqəladə vəziyyət şəraitində Ukrayna Konstitusiyası dəyişdirilə bilməz” maddəsinə əsasən, heç bir dəyişiklik edilməyəcəyini də qeyd edib. 

LGBTQ+ hüquq müdafiəçiləri müddət ərzində sivil partnyorluqların nəzərdən keçirilməsini xahiş ediblər. Xüsusilə, onlar eynicinsli sivil partnyorluqların tanınmaması səbəbilə Rusiya işğalı ilə mübarizə zamanı həlak olan LGBTQ+ əsgərlərinin partnyorları onları dəfn etmək üçün cəsədlərini toplaya bilmədiklərini bildiriblər. 


PinkNews

Powered by Froala Editor