“Bədənimə Günəş” - Film Nümayişi və Musiqili Axşam

Minority Azerbaijan sizi “Bədənimə günəş” adlı filmin ikinci təqdimatına dəvət edir. 

Bədii film lezbiyan cütlüyün, ailə həsrəti çəkən trans qadının və sevgilisiylə münasibətləri qaydasında olmayan gey oğlanın hekayəsini danışır. Film boyunca biz onların çətinliklər qarşısında yaşadıqları duyğulara və aldıqları qərarlara şahidlik edəcəyik.

Nümayiş sonrasında sizi Röyal Musanın ifasında musiqili axşam gözləyir. Qonaqlara yüngül qəlyanaltılar təqdim olunacaq.

Giriş pulsuzdur. 

Rejissor və ssenarist: Miray Dəniz İsmayıl 

Operator: Nigar Səfərova

Montaj: Nigar Səfərova

Film Minority Azerbaijan layihəsi çərçivəsində çəkilmişdir. 

Musiqiçilər:

Vokal: Röyal Musa

Gitara: Söhrab Qəhrəmanlı 

Drum: Nəriman Abdulla

Vaxt: 12 avqust, saat 19.00

Ünvan: Salaam Cinema Baku, Süleyman Rüstəm, 10. 




Powered by Froala Editor