“Bədənimə günəş” filminin ikinci təqdimatı baş tutub

Avqustun 12-si Minority Azerbaijan komandası Azərbaycanda LGBTQ+ mövzulu ilk bədii filmlərdən biri olan “Bədənimə günəş” qısametrajlı filmini nümayiş etdirib. Tədbir Salaam Cinema Baku-nun dəstəyi ilə baş tutub. 

Tədbirdə filmin rejissoru Miray Dəniz çıxış edərək, bu filmin ərsəyə gəlməsində onu motivasiya edən səbəblərdən danışıb. Daha sonra filmin aktyor və aktrisa heyətidən Loren Abbaslı, Əli Məlikov, Teymur Məmməd çıxış ediblər və filmin çəkiliş prosesindən, onun icma üçün əhəmiyyətindən söz açıblar.

Daha sonra musiqiçi Röyal Musa qonaqlara öz mahnılarını təqdim edib. 




Powered by Froala Editor