Azərbaycanlı Drag Queen Lady Slim ilə müsahibə

Drag mədəniyyəti 60-cı illərin sonlarından etibarən dünyada əyləncə həyatında ön plana çıxmağa başladı. Sonrakı 80 və 90-cı illərdə drag populyar mədəniyyətdə yer qazandı. Xüsusən də Amerikada teatr, kino və moda sahəsində bir çox drag yer almağa başladı.

LGBTQİ+ üsyanlarında öndə gedən drag-lar ifrat feminin geyimləri, makiyajları, binar patriarxal normalara meydan oxumaları ilə hər zaman danışıldı və danışılmağa davam edilirlər. Stonvol iğtişaşlarında səylərinə görə xüsusi seçilən Marsha P. Johnsonun, bir çoxlarımızın həyatına Ru Paulun Drag şouları ilə gələn bu mədəniyyətin Azərbaycanda drag və crosdressing-in hansı izləri qoyduğunu öyrənmək bir çoxlarına maraqlı olardı. 1916-cı ildə “Müsibəti-Fəxrəd­din” faciəsindəki “Hürü nənə” rolunu canlandıran Hüseyn Arablinskinin belə əslində drag performativ tamaşa göstərməsi, Qazax rayonunda “Salahlı karnavalı" adlanan adətə görə, kişilərin feminin paltarlar geyinərək Novruzu qeyd etməsi kimi maraqlı faktlarla dolu olan crossdressing və drag performativ tamaşaları hazırda nə yerdədir?



Powered by Froala Editor