Trans qadınlar polis tərəfindən saxlanılıb

Avqustun 24-dən 25-nə keçən gecə paytaxtın Xaqani bağı (“Malakan” bağı) ərazisində 2 nəfər trans qadın polis tərəfindən saxlanılıb. Bu haqda icma üzvləri “Qıy Vaar!” platformasına məlumat verib.

Platformadan “Minority Azerbaijan”-a bildirilib ki, polislər saxlanılan şəxslərdən birinin saçını qırxıb və ona 10 sutka inzibati həbs cəzası verib. Onların “səs-küy saldıqları” üçün saxlanıldıqları deyilib və bir də həmin əraziyə gəlməmələri tələb olunub. 

Hadisəni diqqətdə saxlamağa çalışacağıq. 



Powered by Froala Editor