377A: Sinqapur gey seks qadağasına son qoyur
Baş nazir Lee Hsien Loong qanunu ləğv edəcəklərini açıqlayıb
28/Aug/22
1456
377A: Sinqapur gey seks qadağasına son qoyur
Sinqapurun baş naziri Lee Hsien Loong kişilər arasında cinsi əlaqəni cinayət hesab edən qanunu ləğv edəcəklərini açıqlayıb.
Sinqapurun hüquq və daxili işlər naziri Şanmuqam hökumətin kişilər arasında cinsi əlaqəni cinayət hesab edən qanuna yenidən baxacağını elan etdikdən sonra daha bir ümidverici inkişaf baş verib.
Baş nazir Lee Hsien Loong qanunu ləğv edəcəklərini açıqlayıb.
BBC xəbərində Baş nazir Loongun "377A-nı çıxarmaqla, ölkənin qanunlarını mövcud sosial adətlərə uyğunlaşdıracağıq. Ümid edirəm ki, bu addım Sinqapurdakı geylərə bir qədər rahatlıq verəcək” sözlərinə yer verib.
“Nəhayət, bacardıq; bu ayrı-seçkilik qanunu ləğv olunacaq, çox xoşbəxtik”
Baş nazirin bəyanatından sonra BBC-yə danışan LGBTİ+ fəalı Johnson Ong deyib: “Biz, nəhayət, buna nail olduq və bu ayrı-seçkilik yaradan, köhnəlmiş qanunun, nəhayət, ləğv ediləcəyinə çox şadıq. Bəlkə də çox uzun çəkdi, amma belə olmalı idi, bilirsiniz. Bu gün biz çox, çox xoşbəxtik”.
Powered by Froala Editor