Bakı bulvarında trans qadına hücum olub
Sentyabr ayının 7-də səhər saatlarında bulvarda trans qadın Emili Hacızadəyə hücum olub
07/Sep/22
1428
Bakı bulvarında trans qadına hücum olub
Nəfəs LGBTİ Azərbaycan Alyansı xəbər verir ki, sentyabr ayının 7-də səhər saatlarında bulvarda trans qadın Emili Hacızadəyə hücum olub. LGBTİ+ aktivisti Əli Məlikov Nəfəs LGBTİ Azərbaycan Alyansına bildirib ki, hücum edənlər bulvar mühafizəçiləri olublar.
Emilinin köynəyini çıxardıb fəvvarə kənarında oturmasını mühafizəçilərdən biri icazəsiz şəkildə videoya alıb. Emili ondan videonu silməsini tələb edib və 102-ə zəng edəcəyini bildirib. Mühafizəçi isə “S*kimə ki! Çağır, kimi istəyirsən, çağır!” – deyə cavab verib.
“Daha əvvəl də hücum etmişdilər və Emili ilə birlikdə 9-cu polis bölməsində şikayət ərizəsi yazmışdıq,” – deyə Məlikov əlavə edib. “Bu dəfə bulvarda baş verən hücuma görə Emilini 39-cu polis bölməsinə çağırdılar, tək getməsin deyə evə gəlməsini istədim.”
Qeyd edək ki, Emili Hacızadə LGBTİ+ aktivisti Əli Məlikovlar birlikdə avqustun 20-də naməlum şəxslər tərəfindən hücuma məruz qalıblar.
Emili ailəsi tərəfindən də zorakılığa məruz qalıb. Əli Məlikovun sözlərinə görə, ailəsi onu ölümlə hədələyib.
Mediada nifrət cinayəti xəbərlərinin ədalətli, dəqiq və əhatəli işıqlandırılması LGBTİ+lər və həyatımıza təsir edən məsələlər haqqında ictimai məlumatlılığın və anlayışın genişləndirilməsində mühüm rol oynayır. LGBTİ+lərin qəbullanması və görünür olması artmağa davam etsə də, icmamız, xüsusən də translar sistemik ayrı-seçkilik, epidemik səviyyələrdə mənfi siyasət və hücumlarla üzləşməyə davam edirlər.
İLGA-Avropanın son hesabatlarına əsasən, Azərbaycan 49 ölkə arasında siyasi, sosial və hüquqi cəhətdən LGBTİ+lərin yaşaması üçün ən pis ölkədir
Powered by Froala Editor